Unibank Kommersiya Bankı

Mingəçevir - Nəzarətçi

Bu gün

197

Təsvir

  • Səlahiyyətli şəxslərin yüksək təhlükəsizlik zonasına daxil olmalarına nəzarətin həyata keçirilməsi;
  • Server otağının daxilində və ətrafında quraşdırılmış video nəzarət sistemlərinin daimi monitorinqi;
  • Avadanlıqların giriş və çıxışının nəzarətdə saxlanılması, materialların hərəkətinin yoxlanılması;
  • Xarici zədələnmələrin, yanğın və sızma hallarının vaxtında aşkarlanması məqsədilə binanın müntəzəm yoxlanılması;
  • Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
  • Girişə nəzarət sistemlərindən və yanğın sensorlarından daxil olan həyəcan siqnallarına operativ və adekvat reaksiya verilməsi;
  • Ziyarətlərin və baş vermiş hadisələrin müvafiq qaydada qeydiyyatının aparılması.

Tələblər

  • Ali təhsil;
  • Texniki təhlükəsizlik avadanlıqları ilə işləmək bacarığı;
  • Bank sektorunda iş təcrübəsi arzuolunandır;
  • Fiziki və texniki təhlükəsizliyin əsas prinsiplərini bilmək;
  • Müasir təhlükəsizlik sistemləri və video nəzarət avadanlıqları ilə işləmək bacarığı;
  • Stressə davamlı olmaq, fövqəladə hallarda təlimatlara ciddi riayət etmək və operativ reaksiya vermək bacarığı;
  • Qorunan zonalarda yanğın təhlükəsizliyi qaydaları və yanğınsöndürmə sistemləri barədə ilkin biliklərə malik olmaq.

Vakansiya haqqında

Son tarix

December 20, 2026

Paylaşılıb

noyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Orta təhsil

Kateqoriya

Xidmət sahələri

İmtiyazlar

  • Medical insurance