Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Qiymətləndirmə şöbəsinin mütəxəssisi

Qiymətləndirmə şöbəsinin mütəxəssisi

04-09-2024

896

Təsvir

  • Bankın qiymətləndirmə siyasətinin həyata keçirilməsində iştirak edir, qiymətləndirmə üzrə bu siyasətin icrasını təmin edir;
  • Qiymətləndirmə ilə bağlı sifariş ərizəsini qəbul edir və onu cari hesabata daxil edir;
  • Bankın kredit mütəxəssisləri tərəfindən keçiriləcək qiymətləndirməyə dair bütün sənəd toplusunun göndərilməsinə nəzarət edir;
  • Qiymətləndirmə (daşınar və daşınmaz əmlak) və yenidən qiymətləndirmənin keçirilməsini təmin edir və onun gedişatına nəzarət edir;
  • Təsdiq olunmuş sənədlərin əslini təhvil-təslim aktı üzrə müvafiq quruma təhvil verir;
  • Müvafiq sənədləri aidiyyatı üzrə arxivləşdirir;
  • Bankın (filiallar üzrə) keçirilmiş hər bir qiymətləndirməsinin qeydiyyatını aparır və qiymətləndirmə şirkətindən alınmış hesabat ilə müqayisə edir və ödənişə yönləndirir.


Tələblər

  • Kompüter bilikləri ƏS, MS Office (Word, Excel, Outlook), İnternetdə işləmə bacarığı;
  • Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik;
  • Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
  • Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
  • Ünsiyyətcil, təşəbbüskar, aktiv;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq.

Vakansiya haqqında

Son tarix

oktyabr 14, 2024

Paylaşılıb

sentyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə