Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin Kiçik mütəxəssisi

Bu gün

14

Təsvir

  • Müştəri əməliyyatlarının (kart, internet bankçılığı, mobil bankçılıq, POS və ATM əməliyyatları) real vaxt rejimində monitorinqinin aparılması;
  • Monitorinq sistemi vasitəsilə daxil olan xəbərdarlıqların təhlili və müvafiq tədbirlərin görülməsi;
  • Kart və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin təhlili, trendlərin və qabaqcıl təcrübələrin izlənilməsi, həmçinin qabaqlayıcı tədbirlərin və qayda dəyişikliklərinin təşəbbüs edilməsi;
  • Risk göstəricilərinin müəyyən edilməsi və təkrarlanan ssenarilərin qarşısının alınması məqsədilə təkliflərin hazırlanması;
  • Rəqəmsal dələduzluq üzrə daxil olan müraciətlərin və şübhəli əməliyyatların təhlili, həmçinin müştərilərlə kommunikasiyanın aparılması;
  • Təhlil nəticələrinə əsasən müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi;
  • Qrupun səlahiyyətlərinə aid məsələlər üzrə daxili və xarici sorğuların idarə olunması.


Üstünlüklər:


  • Bank sektorunda karyera qurmaq və peşəkar təcrübə qazanmaq imkanı;
  • Rəqəmsal təhlükəsizlik və dələduzluqla mübarizə sahəsində praktiki biliklərin artırılması;
  • Müasir texnologiyalar və analitik sistemlərlə işləmək imkanı;
  • Təlim və peşəkar inkişaf proqramlarında iştirak etmək imkanı;
  • Komanda işi və strukturlaşdırılmış iş mühitində təcrübə qazanmaq;
  • Bankdaxili karyera inkişafı imkanlarından faydalanmaq;
  • Dinamik iş mühitində qərarvermə, problem həll etmə və operativlik bacarıqlarını inkişaf etdirmək imkanı;
  • Korporativ etika və bankdaxili proseslər üzrə biliklərin artırılması.

Tələblər

  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi sahələri üzrə bakalavr təhsili arzuolunandır;
  • Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində biliklər arzuolunandır;
  • Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini texniki terminologiya səviyyəsində bilmək, rus dili biliyi isə üstünlükdür;
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) və sorğu idarəetmə sistemləri (JIRA, OTRS və s.) ilə işləmək bacarığı;
  • SQL (Oracle) üzrə biliklər, xüsusilə DQL və DML komandaları ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və detallara yüksək diqqətlilik;
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
  • Yeni texnologiyalar və alətləri öyrənməyə açıq olmaq.

Vakansiya haqqında

Son tarix

August 22, 2026

Paylaşılıb

iyul 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə