Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin Mütəxəssisi (NOC engineer )

Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin Mütəxəssisi (NOC engineer )

29-04-2026

1K

Bağlanılıb

Təsvir

Bu vakansiya Leobank komandası üçün nəzərdə tutulub. Namizəd bankın infrastruktur və biznes servislərinin fasiləsiz işləməsinin monitorinqi, insidentlərin operativ idarə olunması və sistemlərin sabitliyinin təmin olunmasında iştirak edəcək.


  • İnfrastrukturun, şəbəkə və biznes servislərinin 24/7 monitorinqinin həyata keçirilməsi, insidentlərə operativ reaksiya verilməsi;
  • Monitorinq sistemləri və dashboard-larla iş: Zabbix, Grafana və digər müşahidə və nəzarət platformaları;
  • Nasazlıqların ilkin diaqnostikasının aparılması, texniki məlumatların toplanması və müəyyən edilmiş prosedurlara uyğun eskalasiyanın həyata keçirilməsi;
  • İnsidentlərin qeydiyyatı, izlənməsi və həlli prosesində aidiyyəti komandalarla koordinasiya;
  • Post-incident review prosesində iştirak, runbook, əməliyyat təlimatları və texniki sənədlərin hazırlanması və yenilənməsi;
  • İT infrastrukturu, DevOps və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq;
  • Monitorinq və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak;
  • Mövcud sistemlər üzrə read-only rejimdə monitorinqin aparılması, təhlil və ilkin texniki araşdırmaların həyata keçirilməsi.


Üstünlüklərimiz:


  • Peşəkar inkişaf və karyera artımı imkanları;
  • Güclü texniki komanda ilə işləmək imkanı;
  • Müasir infrastruktur və yüksək yüklü sistemlərlə praktiki iş təcrübəsi;
  • Bank və fintech sahəsində real layihələrdə iştirak imkanı;
  • Dinamik və peşəkar iş mühiti.

Tələblər

  • NOC, Operations və ya oxşar istiqamətdə iş təcrübəsi;
  • Monitorinq və insidentlərin idarə olunması üzrə praktiki biliklər;
  • Zabbix və Grafana ilə işləmək bacarığı;
  • Şəbəkə texnologiyaları, virtuallaşdırma, yük balanslaşdırılması və WAF üzrə baza bilikləri;
  • Linux əməliyyat sistemi və komanda sətri ilə işləmək bacarığı;
  • Loqların oxunması, ilkin texniki analiz və problemlərin diaqnostikası bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili biliyi üstünlük hesab olunur);
  • ELK/Kibana, Prometheus və digər monitorinq alətləri ilə təcrübə üstünlükdür;
  • Kubernetes və konteyner platformaları üzrə baza bilikləri üstünlükdür;
  • CCNA, JNCIA, Network+, LFCA, Linux+, RHCSA və ya digər uyğun sertifikatların olması üstünlükdür;
  • Maliyyə, bank və ya yüksək yüklü İT mühitində iş təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Paylaşılıb

aprel 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə