Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
KOB Kreditləri üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Şirvan)

KOB Kreditləri üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Şirvan)

Bu gün

9

Təsvir

SME Kreditləri komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz kiçik və orta sahibkarlıq (SME) subyektlərinin maliyyə təhlili, kredit layihələrinin hazırlanması və kredit portfelinin effektiv idarə olunmasında aktiv rol alacaqsınız.


Vəzifə öhdəlikləri

  • Yeni SME müştərilərinin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
  • SME müştərilərindən daxil olan kredit müraciətlərinin qəbul edilməsi, biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və kredit qabiliyyətinin hərtərəfli təhlilinin aparılması;
  • Maliyyə təhlilinin nəticələrinə əsasən kredit təkliflərinin hazırlanması və bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilməsi;
  • Kredit sənədlərinin tam, düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
  • Müştərilərin maliyyə hesabatlarının və digər zəruri sənədlərinin təhlili, kredit risklərinin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün təkliflərin hazırlanması;
  • Kredit portfelinin davamlı monitorinqinin aparılması, ödəniş intizamına nəzarət edilməsi və potensial risklərin vaxtında müəyyənləşdirilməsi;
  • Bankın daxili qaydalarına, prosedurlarına və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi.


Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə);
  • SME kreditləri, biznes kreditlərinin təhlili və ya kreditləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Biznesin maliyyə təhlili, maliyyə hesabatlarının təhlili və kredit risklərinin qiymətləndirilməsi üzrə dərin biliklər;
  • Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Excel proqramı ilə sərbəst işləmək bacarığı.


Biz nə təklif edirik?

  • Azərbaycanın aparıcı banklarından birində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • SME seqmentində müxtəlif kredit layihələri üzərində işləmək imkanı;
  • Güclü peşəkar komanda ilə işləmək və təcrübə mübadiləsi aparmaq imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi;
  • Davamlı təlim və inkişaf proqramları.


Vakansiya haqqında

Son tarix

August 14, 2026

Paylaşılıb

iyul 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə