Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
SME və Korporativ Anderraytinq üzrə Aparıcı mütəxəssis

SME və Korporativ Anderraytinq üzrə Aparıcı mütəxəssis

Bu gün

361

Təsvir

  • SME və korporativ müştərilərin kredit müraciətləri üzrə maliyyə və qeyri-maliyyə təhlilinin aparılması;
  • Borcalanların maliyyə vəziyyətinin, pul axınlarının və kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
  • Maliyyə hesabatlarının, biznes planlarının və digər müvafiq sənədlərin təhlil edilməsi;
  • Kredit risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, habelə müvafiq risk rəylərinin hazırlanması;
  • Kredit təklifləri üzrə anderraytinq rəylərinin və qərar layihələrinin hazırlanması;
  • Müştərilərin fəaliyyət göstərdiyi sektorlar üzrə bazar və sənaye təhlillərinin aparılması;
  • Kredit siyasətinə, prosedurlara və daxili qaydalara uyğunluğun təmin edilməsi;
  • Kredit komitələri üçün təqdimatların və hesabatların hazırlanması;
  • Kredit portfelinin keyfiyyətinin monitorinqində iştirak edilməsi;
  • Risklərin idarə edilməsi və biznes bölmələri ilə sıx əməkdaşlığın həyata keçirilməsi.



Tələblər

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank sektorunda SME və ya korporativ kredit təhlili və anderraytinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi üzrə biliklər;
  • Kredit risklərinin qiymətləndirilməsi sahəsində peşəkar bilik və bacarıqlar;
  • MS Word, MS Excel, Outlook və digər ofis proqramlarından istifadə bacarığı;
  • Analitik düşünmə və qərarvermə bacarıqları;
  • Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür.


Vakansiya haqqında

Son tarix

December 11, 2026

Paylaşılıb

noyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə