İllik təlim planının hazırlanmasının təşkili, plana uyğun və plandan kənar daxili və xarici təlimlərin idarə edilməsi;
Təlim iştirakçılarının qeydiyyatı, məlumat bazasının və təlimçi bazasının formalaşdırılması və inkişafı, təlim qruplarının idarə edilməsi;
Təlimlər, attestasiyalar və qiymətləndirmə proseslərinin təşkili, nəticələrin idarə edilməsi, sənədləşmə, daxili proqram təminatında qeydlərin aparılması və hesabatların hazırlanması;
Seminar, forum, konfrans və təcrübə mübadiləsi proqramlarında iştirakın təşkili, xarici təlim mərkəzləri ilə əməkdaşlıq, danışıqların, sənədləşmə və ödənişlərin idarə edilməsi;
Yerli və xarici Universitetlər ilə əlaqələrin qurulması, inkişaf və təcrübə proqramlarının təşkili;
Əməkdaşların məmnunluq və bağlılıq sorğularının təşkili, nəticələrin təhlili və inkişaf planlarının hazırlanması;
Fəaliyyət sahəsinə aid qayda, prosedur və korporativ aktların hazırlanması və yenilənməsi, effektivliyin artırılması üzrə təkliflərin verilməsi və icrası;
İstedadların idarə olunması və davamçıların yetişdirilməsi təşəbbüslərinə dəstək və koordinasiya;
Karyera planlaması layihəsinin hazırlanması və həyata keçirilməsi prosesinə dəstək;
Bank Rəhbərliyinin qərar və əmrlərini rəhbər tutaraq, İnsan Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru və Təşkilati İnkişaf Şöbəsinin Müdirinin digər tapşırıqlarının icrası.
Tələblər
Ali təhsil
Təlim və İnkişaf, karyera planlaması sahələri üzrə minimum 2–3 il iş təcrübəsi;
MS Office proqramlarından yaxşı istifadə bacarığı;
Yüksək araşdırma və analitik düşünmə bacarığı;
Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
Nəticəyönümlülük və təqdimat bacarığı;
Rus və ya ingilis dillərində mükəmməl səviyyədə bilik;