Vəzifə öhdəlikləri:
1. Müxtəlif müştəri bazaları üçün URC tərəfindən tətbiq olunmuş 1C ERP sistemlərinin inkişafı, optimallaşdırılması, yeni funksionallıqların hazırlanması və tətbiqi üçün təkliflər hazırlamaq;
2. 1C ERP sistemlərdə ortaya çıxan problemlərin həlli və performansı artırmaq;
3. Müxtəlif xarici e-sistemlər (banklar, hökumət portalları, veb-saytlar və s.) ilə 1C-nin inteqrasiyasının təmin etmək;
4. API-ları hazırlayıb digər proqramlarla uyğunlaşdırmaq;
6. Layihələrin texniki sənədlərinin kod yazılımını hazırlamaq, yeniləmək və saxlanmasını təmin etmək;
7. 1C ERP sistemləri test edərək ortaya çıxan xətaları aradan qaldırmaq.
İş şəraiti:
• İş yeri: Şirkətin ofisi;
• İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
• Rəqabətli əmək haqqı, vəzifə və əmək haqqı artımı imkanları;
• Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
• Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
• Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
• Ali təhsil;
• 1C ERP sistemləri və uyğun sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan və rus dilləri - sərbəst;
Peşəkar bacarıqlar:
• 1C:8.3 və yeni versiyalarda sərbəst admin bacarığı;
• 1C proqramlaşdırma və sistem inkişafı;
• 1C konfiqurasiya obyektləri, proqramlaşdırma modulu, sorğular, reestrlər və s. üzrə əlaqələrin qurulması bacarığı;
• 1C ERP konfiqurasiyalarının müxtəlif sahələr üzrə fərdiləşdirilməsi və optimallaşdırılması bacarığı;
• ERP, CRM, maliyyə sistemləri kimi iri həcmli layihələrdə iştirak;
• REST, SOAP, XML, JSON və digər müasir API-lərlə işləmə və inteqrasiya bacarığı;
• Postgre SQL, MS SQL və digər verilənlər bazası sistemləri ilə işləmək və optimallaşdırmaq;
• DLL, COM-obyektlər və digər xarici kitabxanalarla işləməklə 1C xarici komponentlərinin yaradılması və istifadəsi;
• 1C Professional, 1C Specialist, 1C Expert sertifikatları(üstünlük);
Yumşaq bacarıqlar:
• Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
• İşləri planlama, prioritetləşdirmə;
• Kommunikasiya;
• Öyrənmək.
Son tarix
June 19, 2025
Paylaşılıb
may 20, 2025
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
career-levels.undefined
Landau Education Group ● Bakı, Azərbaycan
Bu gün
1.6K
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ● Bakı, Azərbaycan
Dünən
227
OBA Market MMC ● Bakı, Azərbaycan
Dünən
282
Ateshgah Insurance Company ● Bakı, Azərbaycan
Dünən
282