U&R Company

Backend Developer

  • U&R Company
  • 39k Təbriz küçəsi, Bakı 1008, Azərbaycan
  • Tam ştat

Bu gün

2.6K

Təsvir

Öhdəliklər:

1. Kod keyfiyyətinin qorunması və daim təkmilləşdirilməsi, 

2. Layihələrdə istifadə olunan prosedurlar və funksionallıqlar üzrə təlimatların hazırlanması;

3. Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi;

4. Layihələrdə istifadə olunan prosedurlar və funksionallıqlar üzrə təlimatların hazırlanması;

5. Komanda daxilində səmərəli əməkdaşlığın qurulması və birgə işin təşviq edilməsi;

6. Davamlı özünü inkişaf etdirmək, yeni texnologiyaların öyrənilməsi və layihələrə tətbiq edilməsi;

7. Beynəlxalq sertifikatlardan ən az birinin əldə edilməsi üçün təşəbbüs göstərilməsi.


İş şəraiti:

• İş yeri: Şirkətin ofisi

• İş rejimi: 5 günlük iş həftəsi;

• İş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00

• Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;

• Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;

• Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;

• Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Tələblər

Təhsil: Ali (İnformasiya texnologiyaları, proqramlaşdırma və ya uyğun istiqamət);

Uyğun sahədə 1 il iş təcrübəsi;

Azərbaycan dili - C1 səviyyə 

Rus dili – C2 səviyyə

• Web servislərdə işləmə bacarığı;

• C#, Asp.Net (Core & MVC) üzrə geniş biliyə sahib olması;

• Microservice arxitekturası

• SQL və NoSQL verilənlər bazaları: PostgreSQL, MongoDB, MySQL;

• API-lərin yaradılması və istifadəsi (REST);

• Təhlukəsizlik prinsipləri və çərçivələri (OWASP, JWT, OAuth);

• Version nəzarət sistemləri (Git, GitHub, GitLab);

• CI/CD prosesləri və DevOps əsasları


Üstünlük veriləcək:

• Angularla iş təcrübəsi

• Node js lə iş təcrübəsi

• Əlaqəli proqramlaşdırma dilləri üzrə sertifikatın olması üstünlükdür.

• Ingilis dili biliyi;

• Linux ilə iş təcrübəsi;


Yumşaq bacarıqlar::

• Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;

• İşləri planlama, prioritetləşdirmək, vaxtın idarə olunması bacarığı;

• Komandada effektiv işləmək bacarığı;

  • Öyrənmək, inkişaf, ixtisaslaşmaq.

Vakansiya haqqında

Son tarix

July 30, 2025

Paylaşılıb

iyun 25, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik