U&R Company
Ana səhifə
/
/
/
İnsan resursları üzrə mütəxəssis

İnsan resursları üzrə mütəxəssis

  • U&R Company
  • 39k Təbriz küçəsi, Bakı 1008, Azərbaycan
  • Tam ştat

Bu gün

155

Təsvir

Vəzifə haqqında məlumat:


İş şəraiti

•     İş yeri: Şirkətin ofisi

•     İş rejimi: 5 günlük iş həftəsi;

•     İş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00

•     Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;

•     Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.


Vəzifə öhdəlikləri:

1.    Şirkətin kadr proseslərini və kadr sənədləşməsini icra etmək, kadr proseslərinin və sənədləşmənin gizliliyini təmin etmək:

1.1.    Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşməni, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;

1.2.    Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;

1.3.    İşçilərin staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət kimi məlumatlarının uçotu və nəzarət, bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;

1.4.    Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatı icra etmək;


2.     İşə qəbul mərhələlərini təşkil etmək və müvafiq prosedurları icra etmək:

2.1.    Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;

2.2.    Namizədlərin seçimini, müsahibələri təşkil etmək;

2.3.    Seçilmiş namizədlərə iş təkliflərini vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.

3.     Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding, sınaq dövrünün yekunlaşması)

4.     Davamiyyətin uçotu və aylıq tabellərin hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;

5.     Əmək haqqı hesablanmasını və əmək haqqı sənədləşməsini icra etmək;

6.     Şirkətin təşkilati strukturunu hazırlamaq, dəyişiklikləri ƏMAS və 1C icra etmək;

7.     Statistik hesabatlar, Vahid rüblük, illik bəyannamələri icra etmək;

8.     Şirkətin qoşulduğu satınalma müsabiqələri üçün İnsan resurslarına aid sənəd, məlumat və hesabatları hazırlayıb təqdim etmək;

Tələblər

Namizədə dair tələblər

Təhsili:        Ali (İqtisadiyyatın maliyyə, biznesin idarə edilməsi, menecment sahələri istiqaməti üstünlük)

İş təcrübəsi: İnsan resursları sahəsində 1 il iş təcrübəsi;

Dil bilikləri: 

Azərbaycan dili – C2 səviyyə (səlis işgüzar yazılı və şifahi ünsiyyət)

Rus dili – B2 səviyyə (Orta səviyyəli danışıq, sərbəst işguzar yazışmalar bacarığı);


Peşəkar bacarıqlar:   

  •    Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini və Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq konvensiyaların tələblərini işində tətbiq etmək;
  • Müəssisənin İnsan resursları sənədləşməsinin icra edilməsi və1C proqramında tətbiqi,
  •    Əmək haqqı hesablanması qaydaları və normaları, onların 1C proqramında tətbiqi;
  •    1C 8.3 – İnsan resursları və əmək haqqı;
  •    MS Office (xüsusilə Excel) proqramlarını sərbəst istifadə etmək.


Şəxsi keyfiyyətləri:

  • Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
  • Adaptiv ünsiyyət, stressə davamlılıq:
  • Ünsiyyət zamanı müxtəlif situasiyalarda mövzunu yönləndirmək bacarığı;
  • Stress situasiyalarında özünü itirmədən həmsöhbətini cavablandırmaq, həll yönümlü qərar verə bilmək.
  • Məsuliyyət, intizam, dəqiqlik
  • Prioritetləşdirmə, vaxtın planlanması
  • Komandada effektiv işləmək bacarığı
  • Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək, təlimlər keçmək məqsədi və perspektivi.

Vakansiya haqqında

Son tarix

July 30, 2025

Paylaşılıb

iyul 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə