"VİP Xidmətlər Qrupu" MMC
Ana səhifə
/
/
/
Hava Limanında brend məhsullarının satışı üzrə məsləhətçi

Hava Limanında brend məhsullarının satışı üzrə məsləhətçi

Bu gün

18K

Təsvir

Vəzifə öhdəlikləri:

  • Butikdə yerli və xarici sərnişinlərə brend eynəklərin (günəş və optik çərçivələr) seçimində kömək etmək, xarici sərnişinlərə rus və ingilis dillərində məhsulların təyinatı, istifadə qaydaları, linza xüsusiyyətləri, zəmanəti və keyfiyyəti barədə dolğun məlumat vermək;
  • 1C retail modulunda eynəklərin referans kodu, qiymətləri, şəkli və ya digər məlumatlarında uyğunsuzluq olduqda satışı rəsmiləşdirmədən öncə aşkar etmək və tabe olduğu rəhbərinə məlumat vermək;
  • Satışı prosedura uyğun rəsmiləşdirmək, müştəriyə bütün müvafiq çekləri və zəmanət talolarını təqdim etmək;
  • Butik daxilində vitrinlərin və şkafların səliqəsini, eynək kolleksiyalarının merçendayzinq standartlarına və brend konseptinə uygun düzgün görünüşünü, məhsulların səliqəli bölgüsünü təmin etmək.


Əmək şəraiti:

  • Əməkhaqqı: 1050 AZN (gross) + aylıq satışlardan bonus;
  • İş rejimi: 2 növbəli (1-ci gün 08:00–20:00; 2-ci gün 20:00–08:00; növbəti 2 gün istirahət);
  • Təcrübə müddəti: İlk 3 həftə (rəsmi ödənişli);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportunun terminallarında yerləşən eynək butiki;
  • Nəqliyyat: Hava limanına servis nəqliyyatı təmin olunur.



Tələblər

- Cinsi: Qadın;

- Təhsil: Orta və ya orta ixtisas təhsili;

- Yaş həddi: 20 - 39 yaş;

- Optika / brend eynək satışı sahəsində iş təcrübəsi mütləqdir;

- Müştərilərlə ünsiyyət qurmaq və fərdi yanaşma bacarığı;

- Günəş və optik eynəklərin çərçivə və brend xüsusiyyətləri barədə biliklər;

- Dil bilikləri: Azərbaycan dilini səlis, ingilis və rus dillərini danışıq səviyyəsində bilmək (B1-B2);

- Gecə növbəsində işləyə bilmək.

Vakansiya haqqında

Son tarix

November 15, 2026

Paylaşılıb

noyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Əmək haqqı

1050 - AZN

Kateqoriya

Digər