"VİP Xidmətlər Qrupu" MMC
Ana səhifə
/
/
/
Sənəd dövriyyəsi və arxiv üzrə mütəxəssis

Sənəd dövriyyəsi və arxiv üzrə mütəxəssis

Dünən

882

Təsvir

Vəzifə öhdəlikləri:


·       Şirkətə aid olan daxili, daxil olan va xaric olan sənədlərin 1 C "Sənəd Dövriyyəsi" proqramında və müvafiq jurnallarda qeydiyyatını aparmaq;

·       Sənədlərin növündən asılı olaraq müəssisə rəhbərinin dərkənarından sonra icraçıya sənədi ya imzası alınmaqla təhvil vermək, yaxud icra üçün 1 C " Sənəd Dövriyyəsi" proqramında müvafıq proses yaratmaqla icraya göndərmək;

·       Müvafiq Jurnallarda qeydiyyat etməklə, müəssisə üzrə əmrlərin və sərəncamların uçotunu aparmaq;

·       Cari sənədlərin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək, iş nomenklaturasına əsasən saxlama müddəti bitmiş sənədləri məhvə göndərmək;

·       Xaric olan sənədlərin kuryer vasitəsilə göndərilməsini, təhvil-təslim qəbzlərinin uçotunu təmin etmək;

·       Şirkətin rəsmi firma blankında məktubları, əmr və sərəncamları çap etmək;

·       Hava Limanı ərazisində əməkdaşların fəaliyyəti üçün zəruri olan buraxılış vəsiqələrinin alınması məqsədilə müvafiq qurumlara məktubları tərtib etmək;

·       Şirkətin rəsmi e-mail ünvanına daxil olan müraciət və məktubların 1C "Sənəd Dövriyyəsi" proqramına yerləşdirmək, e-mailləri cavablandırmaq;

·       İntizam məsuliyyətinə cəlb edilmiş əməkdaşların əmrlə tanış olmasını təmin etmək, əmrlərin uçotunu aparmaq;

·       Ödənişin qaytarılması üzrə müraciətlərin qəbulu.


Əmək şəraiti:

 

·       Əmək haqqı 850 AZN (gross);

·       5 günlük (09:00-18:00) iş rejimi;

·       Nahar və nəqliyyat təmin edilir;

·       Heydər Əliyev Beynəlxalq Hava Limanı.


    

Tələblər

·        Ali təhsil;

·        Xanım namizədlər;

·        İş təcrübəsi minimum 1 il;

·        MS Office proqramlarında və 1C Sənəd Dövriyyəsində işləyə bilmək;

·        Dil bilikləri : azərbaycan dili sərbəst, rus dili və ingilis dili (A2-B1 danışıq səviyyəsində);

·        Punktuallıq;

·        İşgüzar ünsiyyət;

·        Komandada işləmə bacarığı.   

Vakansiya haqqında

Son tarix

oktyabr 12, 2024

Paylaşılıb

sentyabr 18, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

850 - AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar