"VİP Xidmətlər Qrupu" MMC

Xadimə

Bu gün

68

Təsvir

Vəzifə öhdəlikləri:



Təyin olunmuş ərazilərin, otaqların və ümumi istifadədə olan sahələrin gündəlik təmizliyini həyata keçirmək.

• Döşəmə, mebel, şüşə, qapı, divar və digər səthlərin müəyyən edilmiş standartlara uyğun təmizlənməsini təmin etmək.

• Sanitar qovşaqların, əlüzyuyanların və digər gigiyenik sahələrin təmizliyini və dezinfeksiyasını həyata keçirmək.

• Təmizlik vasitələri və avadanlıqlarından təlimata uyğun və təhlükəsiz istifadə etmək.

• Təmizlik vasitələrinin düzgün dozalanmasına və təyinatı üzrə istifadəsinə riayət etmək.

• Təmizlik inventarının təmiz və saz vəziyyətdə saxlanılmasını təmin etmək.

• Zibil qutularının vaxtında boşaldılmasını və tullantıların müəyyən edilmiş qaydada çeşidlənərək utilizasiya edilməsini təmin etmək.

• Təmizlənən ərazilərdə gigiyena və sanitariya standartlarına riayət etmək.

• Təmizlik zamanı aşkar olunan nasazlıq, zədələnmə, su sızması və digər problemlər barədə dərhal rəhbərə məlumat vermək.

• Qonaqların və əməkdaşların şəxsi əşyalarına toxunmamaq, aşkar edilmiş itmiş əşyaları müəyyən edilmiş Lost & Found proseduruna uyğun təhvil vermək.

• İş zamanı təhlükəsizlik nişanlarından, o cümlədən “Döşəmə yaşdır” xəbərdarlıq nişanlarından istifadə etmək.

• İş yerində şəxsi gigiyena, əmək təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

• Rəhbər tərəfindən verilən təmizlik və sanitariya ilə bağlı digər tapşırıqları vaxtında yerinə yetirmək

Tələblər

Tələblər

  • Cinsi: Qadın;
  • Gecə növbəsinə işləyə bilmək;
  • Çevik işləmə qabiliyyəti.


Əmək şəraiti:

  • Əmək haqqı: 700 AZN (gross);
  • İş rejimi: 2 növbəli (08:00-20:00; 20:00-08:00)
  • Nəqliyyatla təmin edilir;
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.


Vakansiya haqqında

Son tarix

October 25, 2026

Paylaşılıb

sentyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Əmək haqqı

700 - AZN

Kateqoriya

Xidmət sahələri