Vision Academy
Ana səhifə
/
/
/
Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı.

Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Peşə Hazırlığı Proqramı.

  • Vision Academy
  • Zahid Xəlilov Küçəsi, Bakı, Azərbaycan
  • Təqaüd proqramı

Bu gün

16

Təsvir

Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir.

  Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Mühasibat Uçotunun Əsasları və Maliyyə Sənədləşməsi:

·        Mühasibat uçotunun əsas prinsipləri və uçot siyasəti;

·        İlkin uçot sənədlərinin hazırlanması və işlənməsi

·        Hesabatların hazırlanması və yoxlanılması.

·        Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).

·        Maliyyə sənədlərinin düzgün tərtibi, saxlanılması və arxivləşdirilməsi;

B. Maliyyə Əməliyyatlarının İdarə Edilməsi və Sənədləşmə:

·        Gəlir və xərc əməliyyatlarının qeydiyyatı;

·        Kassa və bank əməliyyatlarının aparılması;

·        Debitor və kreditor borclarının uçotu;

·        Mal-material hərəkətinin və anbar əməliyyatlarının uçotu;  

·        Əmək haqqı və ezamiyyə əməliyyatlarının uçota alınması;

·        Vergi sənədlərinin hazırlanması və təqdimatı;

·        Mühasibat proqramlarında (1C və digər ERP sistemləri) əməliyyatların icrası;

C. Vergi Uçotu və Hesabatlılıq:

·        Vergi qanunvericiliyinin əsasları;

·        Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;

·        ƏDV, sadələşdirilmiş vergi və digər vergi növləri üzrə əməliyyatlar;

·        Elektron vergi xidmətləri ilə işləmə qaydaları

D. Maliyyə Hesabatları və Analitik Bacarıqlar^

·        Maliyyə hesabatlarının hazırlanması prinsipləri;

·        Mənfəət və zərər hesabatının tərtibi;

·        Balans hesabatının hazırlanması və təhlili;

  Bu Proqram Sizə Nələri Qazandıracaq?

·        Peşə Hazırlığı proqramı tam ödənişsizdir.

·        Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.

·        Peşə Hazırlığı proqramı 3 ay davam edəcək.

·        Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.

·        3 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.

·        Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.

·        Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək.

·        İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması.

·        Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.

·        Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.

·        Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Tələblər

Kimlər müraciət edə bilər?

·        Hal-hazırda tələbə olmayan və işsiz şəxslər.

·        Yaş həddi: 21-30.

·        Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.

·        Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.

·        Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər.

·        Ali təhsilli şəxslər və karyerasını mühasibat  və maliyyə sahəsində qurmaq istəyənlər.

·        Aktiv və məsuliyyətli gənclər.


Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

https://forms.gle/LtwcgGWRyvSm8LGu9

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

Veb sayt: www.visionacademy.az

Əlaqə nömrəsi: 010 7253232

Sosial Media Hesablar:

https://instagram.com/vision.karyera

https://instagram.com/visionacademyaz



Vakansiya haqqında

Son tarix

July 14, 2026

Paylaşılıb

iyun 15, 2026

Vakansiya növü

Təqaüd proqramı

Kateqoriya

Təhsil