Bank VTB (Azərbaycan)
Ana səhifə
/
/
/
Fraud İdarəolunması üzrə menecer

Fraud İdarəolunması üzrə menecer

Bu gün

96

Təsvir

o Bankın rəqəmsal kanalları (kartlar, mobil və internet bankçılıq, əsas bank sistemləri və s.) üzrə risklərin və insidentlərin müəyyən edilməsi, uçotunun aparılması, monitorinqi və bankın risklərin idarəedilməsi siyasətinə uyğun tədbirlərin görülməsi;

o Normativ tələblərin və qanunvericiliyin, o cümlədən beynəlxalq təcrübələrdən irəli gələn məsələlərin aktuallaşdırılması, insidentlərin qeydə alınması, texniki realizasiyanın öyrənilməsi, tədbirlər planının hazırlanması və nəzarət göstəricilərinin müəyyən edilərək risklərin aradan qaldırılması istiqamətində metodologiyanın işlənib hazırlanması və tətbiqi;

o Aktual rəqəmsal dələduzluq insidentləri üzrə bankdaxili və müştərilərlə kommunikasiyanın təşkili, o cümlədən dələduzluğa qarşı fərqindəlik (Fraud Awareness) tədbirlərinin keçirilməsi;

o· Bankdaxili sənədlərin (qaydalar, prosedurlar, təlimatlar, siyasətlər, metodoloji göstəricilər və s.) razılaşdırılması zamanı dələduzluğa qarşı mübarizə siyasətinə uyğunluğun yoxlanılması;

o Şübhəli/dələduzluq əməliyyatlarının aşkarlanması və qarşısının alınması üçün ssenarilərin hazırlanması, təkmilləşdirilməsi və ya deaktiv edilməsi;

o Şübhəli əməliyyatlar üzrə müntəzəm hesabatların (günlük, həftəlik, aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi;

o Saxta ödəniş alətlərinin və vasitələrinin müəyyən edilməsi, qanunvericilik və bankdaxili qaydalara əsasən müştəri hesablarının/kartlarının/ödəniş terminallarının əməliyyatlarına nəzarətin həyata keçirilməsi, deaktiv edilməsi və müştərilərin məlumatlandırılması;

o Struktur üzrə təlim-tədris prosesinin idarə edilməsi, iş prosesində, sənədlərdə, qaydalarda və s. baş vermiş yeniliklər və ya dəyişikliklər haqqında əməkdaşlara bildiriş/elan/təqdimat edilməsi.

Tələblər

o  İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, maliyyə, iqtisadiyyat və ya yaxın sahələrdə ali təhsil.

o  Dələduzluğa qarşı mübarizə, risklərin idarə edilməsi və ya informasiya təhlükəsizliyi sahəsində ən azı 2 il iş təcrübəsi, bank və ya maliyyə sektorunda təcrübə üstünlük təşkil edir.

o  Bankın rəqəmsal kanalları (mobil və internet bankçılıq, kart məhsulları, ekvayrinq) ilə iş təcrübəsi.

o  Bank sistemlərinin və rəqəmsal kanalların (kartlar, mobil bankçılıq, internet bankçılıq, ekvayrinq) iş prinsiplərinin bilinməsi.

o  Tranzaksiyaların monitorinqi və dələduzluğun aşkarlanması sistemləri ilə iş təcrübəsi (məsələn, SAS Fraud Management, Actimize, FICO Falcon).

o  Şübhəli əməliyyatların aşkarlanması üçün ssenarilərin qurulması və avtomatlaşdırılması prinsiplərinin başa düşülməsi.

o  Dələduzluğa qarşı mübarizə sahəsində normativ tələblərin və beynəlxalq standartların (PCI DSS, AML/CFT, GDPR) bilinməsi;

o  Dələduzluğa qarşı mübarizə sahəsində beynəlxalq təcrübələrin (məsələn, Visa/Mastercard standartları) bilinməsi.

o  Dələduzluğa qarşı mübarizə üzrə metodologiyaların, siyasətlərin və prosedurların hazırlanması bacarığı.

o  Tənzimləyici orqanlar, hüquq-mühafizə orqanları və xarici tərəfdaşlarla fraud-menejer məsələləri üzrə qarşılıqlı əlaqə qurma bacarığı;

o  Yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

August 24, 2025

Paylaşılıb

iyul 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər