Xalq Bank
Ana səhifə
/
/
/
Biznesin İnkişafı İdarəsinin Marketinq şöbəsi

Biznesin İnkişafı İdarəsinin Marketinq şöbəsi

10-04-2025

2.7K

Təsvir

· Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;

· Bank məhsul və xidmətləri üzrə müvafiq bazar araşdırmaları aparmaq;

· Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;

· Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;

· Reklam kanallarının effektivliyinin izləniləməsi;

· Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

· Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;

· Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək.

Tələblər

· Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;

· Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi (bank sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);

· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

· Analitik düşünmə qabiliyyəti;

· Microsoft Office proqramlarından istifadə bacarığı;

· Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;

· Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;

· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;

· Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır).

Vakansiya haqqında

Son tarix

May 9, 2025

Paylaşılıb

aprel 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə