Xalq Bank
Ana səhifə
/
/
/
Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssis/aparıcı/böyük/baş mütəxəssisi

Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssis/aparıcı/böyük/baş mütəxəssisi

  • Xalq Bank
  • İnşaatçılar prospekti, Bakı, Azerbaijan
  • job-types.fullTime

Bu gün

5.9K

Təsvir

Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;

• Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək;

• Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;

• Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;

• Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq;

• Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;

• İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

Tələblər

Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır);

• Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;

Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;

• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;

• MS Office proqramlarından (MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);

• Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);

• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

• Bank təcrübəsi, maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.

Vakansiya haqqında

Son tarix

May 29, 2026

Paylaşılıb

aprel 29, 2026

Vakansiya növü

job-types.fullTime

Vəzifə dərəcəsi

career-levels.prof

Təhsil

educations.master

Kateqoriya

job-functions.finance-business-admin