Bankın tənzimləyici sənədlərinin hazırlanmasında və uyğunlaşdırılmasında iştirak etmək, onlara əməliyyat risklərininn idarə olunmasına aid hissədə dəyişiklik edilməsi;
Əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, ölçülməsi, idarə olunması və onlara dair hesabatlıq;
Əməliyyat riskləri üzrə məlumat bazasında risk hadisələrinin hazırlanması, saxlanması və müntəzəm monitorinqi;
Baş vermiş risk hadisələrinin araşdırılması prosesində iştirak, rəhbəri və aidiyyatı strukturlara bu haqda məlumatın verilməsi;
Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik yardım;
Təsdiq edilmiş tədbir planına uyğun proseslərin qiymətləndirilməsi;
Əsas risk göstəriciləri üzrə aylıq, rüblük və illik əsasda hesabatların hazırlanması;
Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
Bankın riskləri üzrə risk xəritəsini yaradılmasında iştirak və davamlı nəzarət prosesinin həyata keçirilməsi.