Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi.
Ərazi üzrə yeni fiziki şəxs müştərilərinin banka cəlb edilməsi;
İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;
İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;
Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;
Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;
Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;
Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi;
Müştərilərə bankın daxili standartlarına və tələblərinə uyğun yüksək səviyyəli xidmətin göstərilməsi;
Bank kartlarının sifarişinin icra edilməsi;
Struktur bölmə rəhbərinin və kuratorun öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin, həmçinin Bankın normativ sənədləri ilə müəyyən edilmiş digər funksiyaların yerinə yetirilməsi;
Daxil olan bank kartlarının qəbul edilməsi və balansdankənar uçota alınması;
Zəruri sənədlərin skan edilmiş sürətlərinin arxivləşdirilməsi;
Əməliyyatlar üzrə limitlərin pozulmamasına və komisyon haqqların tariflərə uyğun tutulmasına nəzarət edilməsi;
Kredit və overdraftlar üzrə qismən və tam ödənişlərin prosedurlara uyğun icra edilməsi;
Bank əməliyyatları üzrə qanunvericilik, Mərkəzi Bankın və bankdaxili normativ sənədləri ilə bağlı baş verən dəyişikliklərin daim izlənilməsi və nəzarətdə saxlanılması;
MXD müdiri və yə filial müdirinin aidiyyəti üzrə digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
Tam orta təhsil;
Azərbaycan dili səlis, rus dili arzuolunandır;
Ünsiyyət qurmaq və satış bacarığı;
Yaxşı riyazi biliklər;
Ərazidə işləmə imkanı;
İş şəraiti:
Sərbəst iş qrafiki
Ərazi üzrə müştərilərin cəlb olunması
Biz Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;