Zəfər bağları
Ana səhifə
/
/
/
Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis

Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis

09-04-2025

1.2K

Təsvir

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis

Şirkət haqqında detallı məlumatla www.afigroup.az saytı vasitəsilə tanış ola bilərsiniz.


Namizədə dair tələblər:

Texniki bacarıqlar

·     Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)

·     Kargüzarlığın aparılması qaydaları haqqında biliklər

·     Microsoft Office proqramları haqqında biliklər


Yumşaq bacarıqlar

·    Güclü şifahi və yazılı ünsiyyət qurmaq

·    Məsuliyyətlilik

·    Operativlik

·    Nəticəyönümlü olmaq

·    Dəqiq və diqqətcil


Xüsusi tələblər:

·     Hüquqşunaslıq ixtisası üzrə 2-ci və 3-cü kurs tələbələri müraciət edə bilər

·     Hüquq sahəsi üzrə nəzəri biliklər

·     Qadın namizədlərə üstünlük veriləcəkdir


Əsas vəzifə öhdəlikləri:

·     Dövlət qurumları ilə bağlı rəsmi sənədlərin (məktub, ərizə, müraciət, aktlar və s digər rəsmi sənədlərin) elektron qeydiyyatı və arxivləşdirilməsi

·     Dövlət qurumlarına göndərilən məktubların icra vəziyyətinin mütəmadi müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması

·     Yeni müqavilələrin tərtib edilməsi, mövcud müqavilələrdə lazımi dəyişikliklər edilməsində iştirak etmək

·     Hüquqi sənədlərin tərtibatında iştirak etmək


İş şərtləri:

·    İş saatı: Tələbənin dərs saatına uyğun olaraq

·    Ştat növü: 0.5 ştat

·    İş yeri: Bakı şəhəri/Çinar plaza

·    Çalışacağı şöbə: Hüquq və dövlət qurumları ilə iş şöbəsi

·    Minimum əmək haqqı


Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

Vakansiya haqqında

Son tarix

May 10, 2025

Paylaşılıb

aprel 9, 2025

Vakansiya növü

Yarım ştat

Vəzifə dərəcəsi

Tələbə

Təhsil

Natamam ali

Kateqoriya

Hüquq

Oxşar vakansiyalar