Zəfər bağları
Ana səhifə
/
/
/
İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis

İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis

Bu gün

54

Təsvir

Şirkət: “Zəfər Bağları” MMC

Vakansiya: İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis


Namizədə dair tələblər:


Texniki bacarıqlar

·        Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı)

·        Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə mükəmməl biliklər

·        Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)

·        1C 8.3 üzrə biliklər

Yumşaq bacarıqlar

·       Təşəbbüskarlıq,

·       Detallara diqqət və komandada işləmə bacarığı.

·       Məsuliyyətli

·       Operativ və nəticəyönümlü olmalı

Xüsusi tələblər:

·       Ali təhsil (İnsan Resursları İdarəçiliyi, Hüquq, Menecment və ya əlaqəli sahələr üzrə)

·       İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il

·       Şirkət Qarabağ ərazisində yerləşdiyi üçün bölgədəki şəhərlərdən (Ağdam, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və.s) olan namizədlərə üstünlük veriləcəkdir.


Əsas vəzifə öhdəlikləri:

·       İşə qəbul, onlayn əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi proseslərinin Əmək Məcəlləsinə uyğun icrası;

·       Əmək qanunvericiliyi və daxili prosedurlara uyğun İnsan Resursları sənədlərinin düzgün və vaxtında hazırlanması;

·       Əmək intizamının təmin olunması və tənbeh tədbirlərinin qanunvericiliyə əsasən sənədləşdirilməsi;

·       İşçilərin vəzifə dəyişikliyi, ixtisar və digər kadr dəyişikliklərinin qanunvericiliyə uyğun təşkili və sənədləşdirilməsi;

·       Avtomatlaşdırılmış sistem üzərindən əmək haqqı hesablanmasının icrası

·       Ofis daxilində inzibati və təsərrüfat işlərinin təşkili, dəftərxana və təminat məsələlərinə nəzarət;


İş şərtləri:

·       İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

·       Nahar şirkət tərəfindən təmin edilir

·       Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir

·       İş yeri: Ağdam rayonu

·       Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

Tələblər

Vakansiya haqqında

Son tarix

October 17, 2025

Paylaşılıb

sentyabr 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə