Z

Kateqoriya üzrə menecer

Dünən

46

Təsvir

•        Kateqoriya menecmenti şöbəsinin fəaliyyətinin təşkili və idarə edilməsi;

•        Şöbə əməkdaşları arasında iş bölgüsünün aparılması, tapşırıqların müəyyən edilməsi və icrasına nəzarət;

•        Ticarət kateqoriyalarının inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;

•        Kateqoriyalar üzrə satış, gəlirlilik, marja, dövriyyə və digər əsas göstəricilərin təhlili;

•        Məhsul çeşidinin formalaşdırılması və optimallaşdırılması;

•        Effektiv olmayan və aşağı dövriyyəli məhsulların müəyyən edilməsi və çeşiddən çıxarılması ilə bağlı təkliflərin hazırlanması;

•        Yeni məhsulların çeşidə daxil edilməsi və onların satış potensialının qiymətləndirilməsi;

•        Məhsullar üzrə qiymət siyasətinin hazırlanması və bazardakı rəqiblərin qiymətlərinin monitorinqi;

•        Endirim və kampaniyaların hazırlanması, nəticələrinin təhlili və effektivliyinin qiymətləndirilməsi;

•        Satış və mənfəət planlarının kateqoriyalar üzrə hazırlanması və icrasına nəzarət;

•        Məhsul qalıqlarının və stokların effektivliyinin təhlili, artıq və aşağı dövriyyəli qalıqların azaldılması üzrə tədbirlərin hazırlanması;

•        Əsas məhsullar üzrə çatışmazlıqların qarşısının alınması və məhsul mövcudluğunun təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

•        Təchizatçılarla kommersiya şərtlərinin müzakirəsində iştirak etmək;

•        Təchizatçılar üzrə alış qiymətləri, bonuslar, retrobonuslar və digər kommersiya şərtlərinin təhlili;

•        Rəqiblərin fəaliyyətinin, bazar tendensiyalarının və istehlakçı tələbatının monitorinqi;

•        Yeni və mövcud apteklər üzrə çeşid, qiymət və kateqoriya strategiyasının hazırlanmasında iştirak;

•        Şöbənin fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

•        Kateqoriya menecerlərinin fəaliyyətinin qiymətləndirilməsi, inkişaf etdirilməsi və nəticələrinin KPI-lar əsasında izlənilməsi;

•        Kateqoriya menecmenti, satış, marketinq, satınalma, logistika və maliyyə şöbələri arasında effektiv əməkdaşlığın təmin edilməsi.

Tələblər

·       Ali təhsil — iqtisadiyyat, marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə;

·       Kateqoriya menecmenti sahəsində minimum 3-5 il iş təcrübəsi;

·       Azərbaycan dilini səlis bilməsi, rus və ingilis dillərini bilməsi üstünlükdür;

·       1C və MS Office proqramların yüksək səviyyədə bilməsi;

·       Data analizi və hesabat bacarıqları (Power BI, Excel ilə iş təcrübəsi);

·       Kateqoriya menecmenti, çeşid siyasəti, qiymətlərin formalaşdırılması, marjanın idarə edilməsi və kampaniyaların təşkili prinsiplərini yaxşı bilməsi;

·       Satış və maliyyə göstəricilərinin təhlili üzrə güclü analitik bacarıqlar;

·       Liderlik və komanda idarəetmə bacarığı;

·       Nəticəyönümlülük və yüksək məsuliyyət;

·       Təşəbbüskarlıq, sistemlilik və yüksək təşkilatçılıq qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

September 29, 2026

Paylaşılıb

avqust 27, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Səhiyyə

İmtiyazlar

  • Tibbi sığorta
  • Nahar təminatı
  • Peşəkar təlim və inkişaf imkanlar