Z
Ana səhifə
/
/
/
SMM və kontent üzrə mütəxəssis

SMM və kontent üzrə mütəxəssis

Bu gün

22

Təsvir

Zeytun Pharmaceuticals MMC | Marketinq şöbəsi

SMM və Kontent üzrə mütəxəssis

Vəzifənin məqsədi şirkətin və brendlərinin sosial media kommunikasiyasının və kontent fəaliyyətinin planlı, ardıcıl və keyfiyyətli icrasını təmin etməkdir.


Əsas vəzifə öhdəlikləri

·   Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq, təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.

·   Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər hazırlamaq.

·   Zeytun və Pharmastore səhifələri üzrə həm biznes tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu qorumaq.

·   Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.

·   Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin hazırlanmasında və koordinasiyasında iştirak etmək.

·   Sayt, mobil tətbiq, SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin etmək.

·   Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.

·   Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.

·   Sosial media trendlərini və rəqiblərin fəaliyyətini izləmək, auditoriyaya uyğun yeni kontent formatları təklif etmək.

·   Əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici dinamikasını təhlil etmək, aylıq hesabatlar və kontentin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

·   Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarını planlaşdırmaq, qurmaq və idarə etmək, təsdiqlənmiş büdcə çərçivəsində auditoriya seçimi və nəticələrə əsasən optimallaşdırma aparmaq.

·   Rəqəmsal marketinq, brend, PR və satış üzrə əməkdaşlarla koordinasiyalı işləmək, reklam kampaniyaları üçün məzmun hazırlanmasına dəstək vermək.

·   Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.


İş şəraiti

·   İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93).

·   Tibbi sığorta və nahar.

·   Peşəkar təlim və inkişaf imkanları.

·   Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.


Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “SMM və kontent üzrə mütəxəssis” qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərə bilərlər. Hazırlanmış mətn və sosial media kontentindən nümunələrin əlavə olunması arzuolunandır.

Tələblər

Namizədə tələblər

·   Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika, biznesin idarə edilməsi və ya digər müvafiq sahələr üzrə).

·   SMM, kontent hazırlanması və ya kopiraytinq sahəsində minimum 2 il iş təcrübəsi.

·   Sosial media hesablarının idarə olunması, kontent planlarının və müxtəlif formatlı məzmunun hazırlanması üzrə praktiki təcrübə.

·   Azərbaycan dilində səlis və qrammatik cəhətdən düzgün yazmaq, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür.

·   Meta Ads Manager və Meta Business Suite ilə işləmək; Facebook və Instagram reklamlarının qurulması, auditoriya seçimi, büdcənin idarə edilməsi və nəticələrin təhlili üzrə praktiki təcrübə.

·   Canva, CapCut və ya oxşar alətlərlə sadə vizual və qısa video hazırlamaq bacarığı üstünlük hesab olunur.

·   MS Office və Google Workspace alətləri ilə işləmək, hesabat və təqdimatlar hazırlamaq bacarığı.

·   Əczaçılıq, sağlamlıq, kosmetika və ya pərakəndə satış sahəsində kontent təcrübəsi üstünlük hesab olunur.

·   Yaradıcı düşüncə, auditoriyaya uyğun mətn yazmaq, planlaşdırma və analitik təhlil bacarıqları.

·   Məsuliyyətli, detallara diqqətli və operativ olmaq, komanda ilə işləmək və son tarixlərə riayət etmək.

Vakansiya haqqında

Son tarix

November 25, 2026

Paylaşılıb

oktyabr 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər