Z
Ana səhifə
/
/
/
Aparıcı mütəxəssis (Ekologiya üzrə)

Aparıcı mütəxəssis (Ekologiya üzrə)

Bu gün

11

Təsvir

·      Müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə və normativlərinə tam uyğunluğunu təmin etmək;

·      Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) və Dövlət Statistika Komitəsinə təqdim olunan rüblük və illik ekoloji hesabatları (2-TG hava, su, tullantı) vaxtında tərtib və təsdiq etmək;

·      İstehsalat və məişət tullantılarının toplanması, çeşidlənməsi, saxlanılması və lisenziyalı podratçı şirkətlər tərəfindən daşınması prosesini tam idarə etmək;

·      ISO 14001 (Ətraf Mühitin İdarə Edilməsi Sistemi) tələblərini sahədə tətbiq etmək, sənədləşməni yaratmaq və daxili auditləri həyata keçirmək;

·      İstehsalat sahələrində mütəmadi ekoloji monitorinqlər aparmaq, atmosferə atılan tullantıların, çirkab sularının və səs-küyün ölçülməsini təşkil etmək;

·      Müəssisə üçün ekoloji pasportların, tullantı limitlərinin və digər icazə sənədlərinin hazırlanmasını, dövlət orqanları ilə razılaşdırılmasını idarə etmək;

·      Şirkət işçilərinə ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi və ekoloji təhlükəsizlik mövzularında daxili təlimlər və təlimatlandırmalar vermək;

·      Baş verə biləcək ekoloji qəzaları (məsələn, kimyəvi sızmalar) araşdırmaq, köklü səbəblərini tapmaq və təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görmək;

·      SƏTƏM komandasına aidiyyatı məsələlərdə dəstək göstərmək.

Tələblər

·      Ekologiya, Ətraf mühitin mühafizəsi, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

·      Ekologiya və ətraf mühitlə bağlı sahədə minimum 3 il iş təcrübəsi;

·      MS Office proqramlarında (Excel, Word) sərbəst hesabat yazmaq bacarığı;

·      ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi üzrə bilik və praktiki təcrübə;

·      Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;

·   Zabrat, Sumqayıt və yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcək.

Vakansiya haqqında

Son tarix

August 27, 2026

Paylaşılıb

iyul 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər