Z

Əməyin gigiyenası üzrə həkim

Bu gün

10

Təsvir

·      İşçilərin icbari və dövri tibbi müayinələrini təşkil etmək və nəzarətdə saxlamaq;

·      Sürücülərin, kran operatorlarının və ağır texnika idarə edənlərin reys qabağı və ehtiyac olduqda, digər işçilərin alkoqol müayinəsini aparmaq;

·      Sahədəki yeməkxana, geyinmə otaqları və sanitar qovşaqların gigiyenik vəziyyətinə nəzarət;

·      Sahədə baş verən hər bir bədbəxt hadisənin protokollaşdırılması və dərhal SƏTƏM departamanetinə xəbər verilməsi;

·      Müəssisədə işçilərə vaxtaşırı olaraq əsas ilk yardım qaydaları barədə təlimlərin keçirilməsi;

·      Ağır xəsarət alan işçinin təcili yardım gələnə qədər stabil saxlanması və sahədən xəstəxanaya təxliyəsinin koordinasiya edilməsi;

·      Tibb məntəqəsindəki dərman və tibbi ləvazimatların vaxtı-vaxtında sifarişi və uçotunun aparılması;

·      İşçilərin bülletenlərinə (xəstəlik vərəqələrinə) nəzarət və rəhbərliyə tibbi hesabatların təqdim edilməsi;

·      SƏTƏM departamenti ilə sıx əməkdaşlıq.

Tələblər

·      Ali tibb təhsili;

·      Təcili Tibbi Yardım üzrə etibarlı sertifikat. BLS (İlkin Həyat Dəstəyi) və digər yerli və belnəlxalq sertifikatlar üstünlükdür;

·      Tikinti sahələrində, istehsalat müəssisələrində və ya Təcili Tibbi Yardım stansiyalarında minimum 2-3 il iş təcrübəsi;

·      Yüksəklikdən yıxılma, bədən xəsarətləri, sınıqlar, elektrik vurması, gözə yad cisim düşməsi, yanıqlar və s. zamanı peşəkar ilkin yardım göstərmək bacarığı;

·      MS Office proqramlarında (Excel, Word) sərbəst hesabat yazmaq bacarığı.

·   Zabrat və Sumqayıt ərazilərinə yaxın yaşayanlara üstünlük veriləcə

Vakansiya haqqında

Son tarix

August 6, 2026

Paylaşılıb

iyul 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Səhiyyə