Z
Ana səhifə
/
/
/
Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

Ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

13-01-2026

779

Bağlanılıb

Təsvir

Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;

Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;

Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;

Ekoloji pozuntuların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;

Tullantıların idarə olunması;

Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.

Ətraf mühitin mühafizəsi sahəsində “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Yerin təki haqqında”, Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi;

Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti və onun strukturuna daxil olan hüquqi şəxslərdə dövlət statistikasının aparılmasına dair illik  2-TG (su təsərrüfatı), 2-TG (hava), 2-TG (tullantılar) və 4-ətraf mühit formalı dövlət statistik hesabatlarının tələblərə müvafiq hazırlanması, toplanması, razılaşdırılması və göstəricilərin təhlil edilməsinin həyata keçirilməsi;

İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;

Ətraf Mühitin İdarəolunması Planını tərtib edib inkişaf etdirmək, ətraf mühiti əhatə edən bütün fəaliyyətlərin qanunvericiliyə uyğunluğunu, ətraf mühitə təsir edə biləcək təsirlərin və risklərin ƏMİP (Ətraf Mühitin Monitoriq Planı) əksini tapmasını və planlar, proqramlar, prosedurlarla və s ilə əlaqələndirilməsini təmin etmək;

Fəaliyyət qruplarına ətraf mühitlə bağlı məsələlərdə yardım edib, dəstək olmaq;

Ekoloji sənədlərə istinad edərək şirkət daxili sənədləri qaydaya salmaq və tələb edən rəsmi nümayəndələrə müvafiq qaydada təqdim etmək.

Tələblər

  • Ali təhsilli (Ekologiya mühəndisliyi və Əttraf mühitin mühafizəsi ilə əlaqədar ixtisas olması üstünlükdür)
  • Ətraf mühitin mühafizəsi üzrə minimum 2 il iş təcrübəsi, (istehsalat təcrübəsinin olması arzu olunandır)
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook) bilikləri
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Məsuliyyətli, tez öyrənən, davamlı inkişafa meylli və komandada işləmək bacarığı

Vakansiya haqqında

Paylaşılıb

yanvar 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər