Z
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə şöbə müdiri

İnsan Resursları üzrə şöbə müdiri

Bu gün

8

Təsvir

·      Müəssisənin biznes strategiyasına uyğun İnsan Resursları strategiyasını icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək;

·      İşçi qüvvəsinin planlaşdırılmasını (Workforce Planning) həyata keçirmək və təşkilati inkişaf təşəbbüslərini dəstəkləmək;

·      İşə qəbul və seçim prosesini tam şəkildə idarə etmək (vakansiyaların hazırlanması, namizədlərin axtarışı, müsahibələrin keçirilməsi və iş təklifinin təqdim edilməsi);

·      Təlim ehtiyaclarını müəyyən etmək, illik təlim planını hazırlamaq, təlim proqramlarını təşkil etmək və onların effektivliyini qiymətləndirmək;

·      Performansın idarə olunması sistemini qurmaq və inkişaf etdirmək, performans qiymətləndirmələrini koordinasiya etmək, KPI və inkişaf planlarının tətbiqini dəstəkləmək;

·      Gündəlik HR əməliyyatlarının (HR Operations) düzgün və effektiv icrasını təmin etmək;

·      HR siyasət və prosedurlarını hazırlamaq, yeniləmək və onların müəssisə daxilində tətbiqinə nəzarət etmək;

·      Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsinə nəzarət etmək və HR risklərini idarə etmək;

·      İşçi məmnuniyyəti, motivasiya, korporativ mədəniyyət və işəgötürən brendinin inkişafı istiqamətində layihələr həyata keçirmək;

·      Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq edərək insan resursları üzrə strateji tərəfdaş (HR Business Partner) kimi çıxış etmək;

·      HR göstəricilərini (HR Metrics/KPI) təhlil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə strateji qərarların qəbulunda dəstək vermək;

Tələblər

  • İnsan Resursları, Biznesin idarə olunması, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil üstünlükdür;
  • İnsan Resursları sahəsində minimum 6 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
  • HR strategiyasının hazırlanması və icrası sahəsində praktiki təcrübə;
  • İşə qəbul və seçim, təlim və inkişaf, performansın idarə olunması, HR əməliyyatları, əməkdaş münasibətləri və təşkilati inkişaf sahələrində dərin bilik və təcrübə;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
  • HR siyasətləri, prosedurları, KPI sistemi və istedadların idarə olunması üzrə bilik və təcrübə;
  • Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarıqları;
  • Güclü liderlik, komanda idarəetmə, ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili və ingilis dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq, məxfilik prinsiplərinə riayət etmə və nəticəyönümlü yanaşma.
  • 20 Yanvar və yaxın ərazilərə yaxın yaşayanlara üstünlük veriləcək


Vakansiya haqqında

Son tarix

August 30, 2026

Paylaşılıb

iyul 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə