Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Home page
/
/
/
Yük daşımaları üzrə mütəxəssis (Naxçıvan regional idarəsi)

Yük daşımaları üzrə mütəxəssis (Naxçıvan regional idarəsi)

04-12-2025

616

Description

Əsas öhdəliklər

  • Daşıyıcılara icazə, buraxılış kartı və qaimə rəsmiləşdirilməsi prosesində operativ dəstək göstərmək.
  • Yük daşımaları ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək.
  • Nəzarət tədbirlərində (yoxlamalar, sorğular) iştirak etmək və nəticələri sistemə daxil etmək.
  • Rəqəmsal taxoqraf və sürücü kartlarının alınması prosesində operator və sürücülərə koordinasiya dəstəyi vermək.
  • Dövlət sərhəd məntəqələrində məlumatların toplanması və təhlil edilməsində iştirak etmək.
  • Müraciətlərin araşdırılmasında iştirak etmək və cavab layihələrinin hazırlanmasına dəstək göstərmək.


Responsibilities

Tələblər

·      Nəqliyyat, logistika və ya əlaqəli sahədə ali təhsil.

·      Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi.

·      MS Office proqramlarını yaxşı səviyyədə bilmək (Word, Excel, PowerPoint).

·      Avtomobil nəqliyyatı qanunvericiliyi üzrə əsas biliklər.

·      Orta səviyyədə ingilis və ya rus dili biliyi.

·      Analitik düşünmə və rəsmi yazışma bacarıqları.

·      Effektiv ünsiyyət bacarığı.

·      Komanda ilə işləmək bacarığı.

·      Prioritetlərin düzgün müəyyən edilməsi.

·      Dəyişikliklərə tez uyğunlaşma və yeni iş proseslərini sürətlə mənimsəmə qabiliyyəti.

İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

About this role

Apply Before

January 13, 2026

Job Posted On

December 4, 2025

Job Type

Full-time

Category

Logistics and Transportation