PASHA Property Management
Home page
/
/
/
Texniki dəstək üzrə kiçik mütəxəssis (Helpdesk)

Texniki dəstək üzrə kiçik mütəxəssis (Helpdesk)

Today

7

Description

PAŞA Property Management “Texniki dəstək üzrə kiçik mütəxəssis (Helpdesk)” vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.


İstifadəçilərə kompüter, noutbuk, printer və digər İT avadanlıqları üzrə texniki dəstək göstərmək.

Kompüter və periferik avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirmək.

Əməliyyat sistemləri və standart proqram təminatının quraşdırılması, yenilənməsi və konfiqurasiyasını təmin etmək.

Lokal şəbəkə və internet bağlantısı ilə bağlı ilkin texniki problemləri aradan qaldırmaq.

İT avadanlıqlarında yaranan nasazlıqları aradan qaldırmaq və mürəkkəb halları aidiyyəti üzrə eskalasiya etmək.

İstifadəçi müraciətlərini qəbul etmək, qeydiyyata almaq və vaxtında həllini təmin etmək.

İT avadanlıqlarının inventar uçotunda, CCTV sistemlərinin dəstəyi və digər gündəlik İT əməliyyatlarında iştirak etmək.

İnformasiya təhlükəsizliyi tələblərinə riayət etmək və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Requirements

  • Ali təhsil
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür)
  • Özünü inkişafa meyillilik, ünsiyyət, komandada işləmə, problem həlletmə bacarıqları.


About this role

Apply Before

August 14, 2026

Job Posted On

July 15, 2026

Job Type

Full-time

Category

Science, Technology, Engineering