Prime Cotton
Home page
/
/
/
Anbar fəhləsi (Sabirabad)

Anbar fəhləsi (Sabirabad)

  • Prime Cotton
  • 1 Heydər Əliyev, Sabirabad, Azərbaycan
  • Full-time

Today

21

Description

  • Əmtəə-maddi sərvətlərin anbara qəbul edilməsi, buraxılması və lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək;
  • Malların anbar sahəsinə düzgün və səmərəli şəkildə yerləşdirilməsini təmin etmək;
  • Mal-material, inventar, təkər, motor və sürtkü yağları, zəhərli dərmanların yüklənməsi və boşaldılması proseslərini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;
  • Yükqaldırıcı platforma və avtoyükləyici texnikadan təhlükəsiz şəkildə istifadə etməklə yükləmə-boşaltma əməliyyatlarını icra etmək;
  • Malların stellajlara yığılması və oradan götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək;
  • Sifarişçilərə malların təhvil verilməsi, sayılması və yüklənməsi proseslərində aktiv iştirak etmək;
  • Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;
  • Yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək;
  • Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək, lazım gəldikdə ümumi təmizlik işlərində iştirak etmək;
  • Nasazlıq və texniki uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək;
  • Müəssisənin ətraf mühit və təhlükəsizlik prosedurlarına uyğun şəkildə tullantıların təmizlənməsi və təhlükəsiz iş şəraitinin qorunmasını təmin etmək.

Responsibilities

Tələblər:

  • Orta təhsil;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;
  • Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.


Səriştə və bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli və etibarlı yanaşma;
  • Düzgünlük və intizamlılıq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.


Əlavə məlumat:

  • İş rejimi: 6 günlük iş qrafiki;
  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş yeri: Sabirabad.

About this role

Apply Before

November 14, 2025

Job Posted On

October 16, 2025

Job Type

Full-time

Experience

Up to1 year

Career level

Other

Education

High school

Category

Logistics and Transportation