Anbarda mal və materialların sistemli və səliqəli şəkildə yığılmasını və yerləşdirilməsini təmin etmək;
Mal və materialların təhlükəsiz saxlanılmasını, sənədləşmə və mədaxil-məxaric qaydalarına tam riayət olunmasını təmin etmək;
Malları yalnız filial rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
1C proqramına mal və material uçotu üzrə məlumatları düzgün və vaxtında daxil etmək;
Anbarda olan əmtəə-maddi sərvətlərin mühafizəsini, uçotunun aparılmasını və rejim qaydalarına əməl edilməsini təmin etmək;
Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət etmək, tələb olunan hesabatları hazırlamaq;
Anbarda yanğına qarşı ləvazimatların mövcudluğu və sazlığına, avadanlıqların və inventarların vəziyyətinə nəzarət etmək;
Köhnəlmiş, zərər görmüş və ya yararsız malları müəyyənləşdirmək, bu barədə izahat və aktları mühasibatlığa təqdim etmək;
Inventarizasiya prosesinə hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
Əmək təhlükəsizliyi, sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına əməl etməklə yükləmə-boşaltma işlərini təşkil etmək;
Yükləmə-boşaltma proseslərinin və tədarük əməliyyatlarının vaxtında və təhlükəsiz icrasını təmin etmək;
Mühafizə xidməti ilə birlikdə obyekt daxili və mədaxil-məxaric rejiminə nəzarət etmək;
Əmtəə-maddi sərvətlərin inventarlaşmasında iştirak etmək və uçot dəqiqliyini təmin etmək.
Responsibilities
1C anbar modulu üzrə biliklər;
Orta ixtisas və ya ali təhsil (logistika, iqtisadiyyat və ya texniki sahə üzrə təhsil üstünlükdür);
Anbar uçotu və material idarəçiliyi üzrə ilkin biliklərə malik olmaq;
Anbar sahəsində iş təcrübəsi (üstünlükdür);
Kompüterdə işləmək bacarığı (xüsusilə Excel və 1C proqramları üzrə);
Dəqiq, məsuliyyətli və intizamlı olmaq;
Təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları barədə məlumatlı olmaq;
Ünsiyyət və koordinasiya bacarıqlarına malik olmaq;
AR mülki, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
Anbar təsərrüfatına aid normativ sənədləri və mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
Əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya normalarına əməl etmək vərdişi.