Qeydiyyat sistemlərinə daxil edilməli olan məlumatların təhlili və sistemə daxil edilməsi;
Qeydiyyatla bağlı sənədlərin hazırlanmasında metodiki dəstəyin göstərilməsi və müvafiq olaraq qarşı tərəflə kommunikasiyanın qurulması, səhvlərin aşkarlanması və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
Fərqli informasiya sistemlərində məlumatların təhlili, saxlanılması, qeydiyyat məlumatlarında çatışmazlıqların müəyyən edilməsi, aradan qaldırılması;
Sektorun fəaliyyəti ilə bağlı prosedurların, sənədlərin və hesabatların hazırlanmasında iştirak;
Требования
Qeydiyyatın fərqli sistemlərdə işlənilməsi üzrə təcrübə və biliklər;
Sənədlərlə iş üzrə təcrübə;
Yüksək kommunikasiya bacarığı;
Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
Diqqət və dəqiqlik, sənəd və məlumatların düzgün işlənilməsi, izah edilməsi istiqamətində məsuliyyətlilik;
Azərbaycan dili mütləq, rus və ingilis dili üzrə biliklər arzuolunandır;
İş qrafiki: 9:00 - 18:00 (həftədə 5 iş günü olmaqla)