Kontakt Home
Ana səhifə
/
/
/
Bölgü üzrə mütəxəssis

Bölgü üzrə mütəxəssis

04-09-2024

1.2K

Bağlanılıb

Təsvir

Vəzifə öhdəlikləri:


  • Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının, regional anbarların lazımi sayda məhsulla təmin olunmasının icrası;
  • Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
  • Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması, eləcə də bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişmə edilməsi;
  • Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
  • Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələri, əməkdaşları məlumatlandırmaq;
  • Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarət edilməsi;
  • Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişmə edilməsi;
  • Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
  • Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.


İş şəraiti


  • İş qrafiki: I-VI günlər

Tələblər

Tələblər:

  • Ali təhsil;
  • Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklər;
  • Satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarını sərbəst istifadə etmə bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik.

Vakansiya haqqında

Son tarix

oktyabr 14, 2024

Paylaşılıb

sentyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1000 - AZN

Kateqoriya

Logistika və nəqliyyat