Kontakt Home
Ana səhifə
/
/
/
Təkrar bölgü və inspeksiya üzrə mütəxəssis (Gəncə anbarı)

Təkrar bölgü və inspeksiya üzrə mütəxəssis (Gəncə anbarı)

13-09-2024

840

Təsvir

Vəzifə öhdəlikləri:

  • Mağaza və bölgə anbarlarından təkrar bölgü üçün mərkəzi anbara göndərilən məhsulların qəbulu,komplektasiya və əmtəə görünüşünün yoxlanılması,qüsur və çatışmazlıqlar barədə lazımi qurumlara məlumatın verilməsi və təyinatı üzrə bölgünün təmin olunması;
  • Servis,marketing,video çəkiliş,təlim şöbələrindən anbara geri qaytarılan məhsulların qəbulu,komplektasiya və əmtəə görünüşünün yoxlanışı,qüsur və çatışmazlıqlar barədə audit əməkdaşının məlumatlandırılması,təyinatı üzrə bölgünün təmin olunması;
  • Şirkətin tələbatına uyğun istifadə məhsullarının təmin olunması,bağlanan mağaza və ofislərin anbara göndərilən istifadə qalığının qəbulu,yoxlanılması;
  • Məhsul üzrə menecerlərin bölgüsünə əsasən outlet məhsulların outlet mağazalara göndərilməsinin təmin olunması;
  • Topdansatış və pərakəndə satış müştərilərinin qaytardığı məhsulların qəbulu,komplektasiyası və əmtəə görünüşünün yoxlanılması, qüsur və çatışmazlıqlar barədə lazımi qurumlara məlumatın verilməsi;
  • Mağaza və regionlardan mərkəzi anbara göndərilən müştəri məhsullarının anbarda olması barədə logistika bölməsinə məlumatın ötürülməsi;
  • Servisin təmir və diaqnostikadan sonra anbara yönləndirdiyi məhsulların qəbulu, komplektasiyası və əmtəə görünüşünün yoxlanılması və təyinatı üzrə anbarlarası bölgüsü;
  • Mağazaların müraciətinə əsasən anbarda olan məhsulların mağazaların qalığından çıxılması əməliyyatlarının icrası;
  • Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

İş şəraiti

  • İş qrafiki: I-VI günlər

Tələblər

Tələblər:

  • Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklər (arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (arzuolunandır);
  • Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
  • MS Office proqramlarını sərbəst istifadə etmə bacarığı;
  • 1C və Micro FLY üzrə praktiki biliklər (arzuolunandır);
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Analitik düşünmə, təhliletmə qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Sərbəst qərar verə bilmə bacarığı;
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik.

Vakansiya haqqında

Son tarix

oktyabr 23, 2024

Paylaşılıb

sentyabr 13, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1000 - AZN

Kateqoriya

Logistika və nəqliyyat