Kontakt Home
Ana səhifə
/
/
/
"Kontakt Home" Təcrübə proqramı

"Kontakt Home" Təcrübə proqramı

  • Kontakt Home
  • Svetlana Məmmədova, Bakı, Azərbaycan
  • Təcrübə

Bu gün

23.9K

Təsvir

Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə "Kontakt"ın "Təcrübə Proqramı"na müraciət et.

Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2025-2026-ci illərin məzunlarını, təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar. Proqrama seçilən təcrübəçilər "Kontakt"ın müxtləlif strukturlarında sağlam və pozitiv korporativ mühitdə, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi qazanacaq. Təcrübə müddətində xüsusilə fərqlənən şəxslər gələcəkdə açılacaq vakansiyalar üçün potensial namizəd kimi dəyərləndirilə bilərlər. Təcrübə proqramı ödənişli əsaslarda iki ay müddətində davam edəcəkdir.

Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün bu bir fürsətdir!

Təcrübə proqramı hansı sahələri əhatə edir?

  • İnsan Resursları (İşə qəbul / Əmək münasibətləri);
  • İnformasiya və Kommunikasiya texnologiyaları (Texniki dəstək / İT infrastruktur / Proqramlaşdırma / İT BA);
  • Layihə ofisi (Süni İntellekt);
  • Hissəvi ödəniş əməliyyatları (Arxiv);
  • Maliyyə;
  • Elektron kommersiya;
  • Kommersiya;
  • Korporativ və topdan satış.


Təcrübə proqramı sizə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq;
  • Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
  • Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
  • Təcrübə proqramında iştiraka dair Sertifikat.

Tələblər

  • 4-cü kurs tələbələri;
  • Magistr tələbələri;
  • 2025-2026-ci illərin məzunları.

Vakansiya haqqında

Son tarix

June 7, 2026

Paylaşılıb

may 1, 2026

Vakansiya növü

Təcrübə

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Digər xidmətlər