Kontakt Home
Ana səhifə
/
/
/
Layihə meneceri (Mebel sifarişləri üzrə)

Layihə meneceri (Mebel sifarişləri üzrə)

Dünən

142

Təsvir

  • Müştəri sifarişinin qəbulundan təhvilinə qədər bütün mərhələlərin koordinasiya edilməsi və proseslərə nəzarət olunması;
  • Ölçü, dizayn, render, konstruksiya və istehsal mərhələlərinin vaxtında icra olunmasına nəzarət edilməsi;
  • Material və stok vəziyyətinin, eləcə də istehsal prosesinin nəzarətdə saxlanılması;
  • Sifariş üzrə yarana biləcək gecikmə və problemlərin əvvəlcədən müəyyən edilməsi və onların operativ həlli üçün rəhbərliyin məlumatlandırılması;
  • Sifarişin icrası prosesində müştəri ilə mütəmadi əlaqənin və müvafiq məlumatlandırmanın təmin edilməsi;
  • Çatdırılma, montaj və son təhvil prosesində iştirak edilməsi;
  • Sifarişlərin müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun tamamlanmasına nəzarət edilməsi;
  • Proseslər üzrə aylıq hesabatların hazırlanması və təqdim olunmasının təmin edilməsi.


İş şəraiti:

  • İş günləri: I-V günlər.


Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus və ingilis dillərini bilməsi üstünlükdür.
  • Layihələrin idarə edilməsi və koordinasiyası, mebel, interyer və ya istehsalat sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Mebel materialları və istehsalat prosesləri haqqında praktiki anlayış;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Müştərilərlə effektiv kommunikasiya qurmaq və işgüzar münasibətləri idarə etmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və müəyyən olunmuş son tarixlərə riayət etmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, təşkilatçılıq və sistemli iş yanaşması;
  • Problemləri operativ şəkildə müəyyən etmək və effektiv həll yolları tapmaq bacarığı;

Vakansiya haqqında

Son tarix

November 6, 2026

Paylaşılıb

October 7, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə