Kontakt Home
Ana səhifə
/
/
/
Satışların təhlili üzrə baş mütəxəssis

Satışların təhlili üzrə baş mütəxəssis

Dünən

7.3K

Təsvir

·          Satışlarla bağlı məlumatların toplanması (satış rəqəmləri, müştəri davranışı, regionlar üzrə satış məlumatları və s.) və bu məlumatların analiz edilməsi;

·          Satışın təhlili və hesabatlarının hazırlanması;

·          Aylıq, rüblük, illik satış planlarının tərtib edilməsi;

·          Satışlarda mövsümi dalğalanmaların izlənməsi və satışı yüksək olan məhsulların aşkar olunması;

·          Keçmiş məlumatları analiz edərək gələcək satışların proqnozlaşdırılması;

·          Satış planlarının yerinə yetirilməsində monitorinqlərin aparılması;

·          Potensial satış risklərinin təhlil edilməsi və onların qarşısını almaq üçün tədbirlərin planlaşdırılması;

·          Müxtəlif kateqoriyalı məhsullar üçün istehlakçı tələbinin proqnozlaşdırılması, orta çek məbləğinin ölçülməsi;

·          Konversiya qiymətləndirilməsi, satışda artımın təmin edilməsini göstərən ən effektiv ünsiyyət kanallarının müəyyən edilməsi;

·          Bazar analizləri, satış məlumatları və trendləri təhlil edərək, ən uyğun strategiyaların təklif edilməsi.

Tələblər

·          Ali təhsil;

·          Səlis Azərbaycan dili bilir, Rus dili biliyi arzu olunandır;

·          Satışın təhlili sahəndə minimum 4-5 il iş təcrübəsi;

·          Yüksək səviyyədə Excel biliyi, Power BI, və Power Query proqramlarından istifadə bacarığı;

·          Müxtəlif statistik metodlar və modellərdən istifadə edərək proqnozlaşdırma təhlilləri aparmaq bacarığı;

·          Şirkətin satış strategiyasını inkişaf etdirmək və optimallaşdırmaq üçün güclü strateji düşüncə qabiliyyəti;

·          Komanda ilə işləmə və effektiv ünsiyyət qurma bacarığı.


İş şəraiti:

·       İş qrafiki: I-V günlər;

·       Rəqabət qabiliyyətli əməkhaqqı.

Vakansiya haqqında

Son tarix

dekabr 8, 2024

Paylaşılıb

oktyabr 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri