Sheraton Baku Intourist

Kuryer/Bellman

Bu gün

12

Təsvir

  • Otelin fəaliyyəti, xidmətləri və imkanları barədə tam məlumatlı olmaq.
  • Otelə gələn qonaqları səmimi şəkildə qarşılamaq, baqajlarının gecikmədən otaqlara çatdırılmasına nəzarət etmək.
  • Baqaj və yüklərin saxlanılmasında otelin siyasət və prosedurlarına əməl etmək, qeydiyyatı düzgün aparmaq.
  • Bütün məlumat lövhələrinin daim yenilənməsini təmin etmək.
  • Otel daxilində qonaqları axtardıqları əraziyə istiqamətləndirmək, lazım gəldikdə isə şəxsən müşayiət etmək.
  • Girişin və foyenin səliqəli görünüşünə nəzarət etmək.

Tələblər

  • Orta və ya ixtisas təhsili.
  • İngilis dili vacib, rus dilini biliyi üstünlük sayılır.
  • Otel və ya xidmət sektorunda iş təcrübəsi arzuolunandır — lakin öyrənmək istəyi və qonaqpərvərlik sahəsinə həvəsli olmaq üstünlükdür.
  • Güclü ünsiyyət bacarığı.
  • Fiziki cəhətdən aktiv olmaq — baqaj daşıma və uzun müddət ayaq üstə qalma bu vəzifənin bir hissəsidir.
  • Komanda daxilində işləyə bilmək

Vakansiya haqqında

Son tarix

July 29, 2026

Paylaşılıb

iyun 29, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Tərəfdaş

Kateqoriya

İaşə, Turizm və Otel

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Tibbi sığorta
  • Mehriban kollektiv
  • inkişaf perspektivi