Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Böyük bilet kassiri/bilet kassiri (Şəki)

Böyük bilet kassiri/bilet kassiri (Şəki)

20-12-2024

1.2K

Təsvir

  • Dəmir yolu nəqliyyatında gediş və daşıma sənədlərinin tərtibatı, satışı və geri qaytarılması üzrə işləri təşkil etmək və nəzarət etmək;
  • Dəmir yolu nəqliyyatında qeyri-standart hallar zamanı gediş və daşıma sənədlərinin rəsmiləşdirilməsini təşkil etmək;
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dəmir yolu nəqliyyatında gediş-gəliş və daşıma sənədlərinin rəsmiləşdirilməsinə, satışına, geri qaytarılmasına və sonradan sistemləşdirilməsinə dair ilkin məlumatları toplamaq;
  • Bilet kassirləri ilə dəmir yolu nəqliyyatında gediş və daşıma sənədlərinin rəsmiləşdirilməsi, satışı və geri qaytarılması məsələləri üzrə təlimatlar aparmaq;
  • Bilet kassirlərinin ciddi hesabat blankları və digər tələb olunan vasitələr ilə təchiz edilməsinə və onlar tərəfindən biletlərin və digər ciddi hesabat blanklarının istifadəsinə nəzarət etmək, ciddi hesabat blankları ehtiyatını sistematik olaraq yoxlamaq, ciddi hesabat blanklarının alınmasının təhlilini aparmaq;
  • Gediş və daşıma sənədlərinin rəsmiləşdirilməsi və satışı zamanı yaranan iddiaları və narazılıqları araşdırmaq və həll etmək;
  • Müəyyən olunmuş hesabatları tərtib və təqdim etmək, bilet satışından əldə edilən pul vəsaitlərinin qəbulu, saxlanması və təhvil verilməsi üzərində nəzarət etmək;
  • Tabeliyində olan işçilər tərəfindən daxili intizam qaydalarına əməl olunması üzərində nəzarət etmək;
  • Bilet kassirləri tərəfindən kompüter avadanlıqları, sorğu materialları və kassada olan digər avadanlıq və vasitələrin düzgün istismarı, rəftar edilməsi və qorunması, habelə iş yerlərinin təmiz saxlanması işlərini təşkil etmək;
  • Bilet kassirləri tərəfindən sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər hazırlamaq və onları icraçıların diqqətinə çatdırmaq;
  • İş növbəsinin sonunda əldə olunan pul vəsaitinin operatora təhvil verilməsi və hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
  • Qeyri-standart hallar yaranan zaman ciddi hesabat blanklarından istifadə etməklə gediş və daşıma sənədlərinin tərtib olunmasını təşkil etmək, sərnişinlərin gedişi və onların əl yüklərinin, baqajının daşınması üçün yollar axtarmaq;
  • Səlahiyyətləri çərçivəsində rəhbərliyin göstərişlərini icra etmək;
  • Daxili əmək qaydalarına və əmək intizamına riayət etmək.
  • İş qrafiki: növbəli


Tələblər

  • Təhsil səviyyəsi: Ümumi təhsil;
  • Dil bilikləri: İngilis/Rus dili - yaxşı səviyyədə;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • Bilet satışından əldə edilən pul vəsaitlərinin qəbulu, saxlanması və təhvil verilməsi qaydası;
  • Dəmir yolu nəqliyyatında gediş və daşıma sənədlərinin tərtibatı, satışı və geri qaytarılması üzrə işlərin normativ, texniki və rəhbər sənədlərə əsasən təşkili;
  • Peşəkar ehtiyatlılıq;
  • Problem həlletmə;
  • Diqqətlilik;


Vakansiya haqqında

Son tarix

yanvar 9, 2025

Paylaşılıb

dekabr 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat