İşə ustanın və ya briqadirin icazəsi ilə başlamaq, işə başlamazdan öncə təmirə lazım olan bütün alətləri və onların saz vəziyyətdə olmasını yoxlamaq, vaqon təmirinə lazım olan materialları götürmək və əl fənərini yandırmaq;
İşə başlamazdan əvvəl alət, qurğu və avadanlıqların, qaldırıcı mexanizimlərin vəziyyətini yoxlamaq, vaqonların aidiyyəti qovşaqlarının saz vəziyyətdə olmasını təmin edən cari təmir işlərini yerinə yetirmək;
Təmir briqadasına rəhbərlik edən ustanın bütün göstəriş və tapşırıqlarını yerinə yetirmək;
Texniki təhlükəsizlik üzrə təlimat göstərişlərini yerinə yetirmək;
Alət və ləvazimatları iş qurtardıqdan sonra sexə təhvil vermək;
Lazımsız silgi materialları və digər materialları metal qutuya yerəşdirmək.
Tələblər
Təhsil səviyyəsi: Ümumi təhsil;
Hərəkətedici hissələrin təmirinin yüksək səviyyədə yerinə yetirilməsi;
Nəzarət ölçmə alətlərindən istifadə etmək bacarığı üzrə təlimata dair biliklər.