Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Planlaşdırma və icraya nəzarət şöbəsinin aparıcı mühəndisi

Planlaşdırma və icraya nəzarət şöbəsinin aparıcı mühəndisi

14-08-2024

4.4K

Təsvir

  • Sərnişin daşımaları üzrə dəmiryol infrastrukturunun qatarburaxma qabiliyyətini təhlil etmək və onun artırılması üçün təkliflər vermək;
  • Beynəlxalq sərnişin qatarlarının təyin olunması və ya ləğvi, onların marşrutu, hərəkət qrafiki barədə ADY-nin üzv olduğu bütün təşkilat, komitə və digər qurumlara təkliflər vermək və birgə işləməsində iştirak etmək;
  • Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının, eləcə də şəhərətrafı qatarların hərəkət qrafikinin tərtib edilməsi, onların təyini və ya ləğv olunması, yeni marşrutların açılması barədə təkliflər vermək, həmçinin qatarların sxemlərinin tərtib edilməsini və bu işlərin tətbiqini həyata keçirmək;
  • Aidiyyəti dövlət qurumları ilə bağlanmış müqavilələr əsasında xüsusi sərnişin daşımalarını həyata keçirmək; Sərnişin daşımaları sahəsində turist qatarlarının təyin edilməsi və daşımanın təşkili ilə bağlı təkliflər hazırlamaq və həyata keçirmək;
  • Sərnişin daşımalarının uçotunu və hesabatını aparmaq;
  • Sərnişin daşımaları üzrə dəmiryol infrastrukturunun qatarburaxma qabiliyyətini təhlil etmək və onun artırılması üçün təkliflər vermək;
  • Sərnişin daşımaları sahəsində sürətli və yüksək sürətli dəmiryol şəbəkəsinin qurulmasına, dəmiryol nəqliyyatının və əlaqəli xidmətlərin inkişafına dair təkliflər hazırlamaq.

Tələblər

  • Təhsil - Ali
  • Təhsil istiqaməti - Müvafiq sahə üzrə
  • Tələb olunan sahə üzrə minimum əmək stajı - 2 il
  • MS Office - yaxşı
  • Rus dili - yaxşı
  • Departamentin ayrı-ayrı struktur bölmələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları, normativ və metodiki materiallar və sərnişin daşımaları qaydaları üzrə biliklər
  • Sənəd dövriyyəsinə dair biliklər
  • Beynəlxalq sərnişin daşımalarına aid razılaşma haqqında biliklər

Vakansiya haqqında

Son tarix

sentyabr 23, 2024

Paylaşılıb

avqust 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər