Azərbaycan Dəmir Yolları

Qatar tərtibçisi (Zaqatala)

Bu gün

289

Təsvir

  • Manevr işində qatarın tərtib olunması və tərkibin dağıdılması, tranzit qatarlardan vaqonların açılması, qoşulması, vaqonların yükləmə-boşaltma və xüsusiləşdirilmiş yollara verilməsi işini yerinə yetirmək;
  • Stansiyalarda ərazisindəki xidməti sahəsində manevr işini həyata keçirmək;
  • İnsanlarla tutulu, əndazəli və təhlükəli maddələrlə yüklənmiş vaqonlarla manevr işi xüsusi ehtiyatla yerinə yetirmək;
  • Vaqonların bir-birinə qoşulmasını və həmçinin onların hüdud sütuncuğundan kənara çıxmamasını və düzgün bərkidilməsini yoxlamaq;
  • Növbəni təhvil verən qatar tərtibçisi, növbəyə gələcək qatar tərtibçisini yolların vəziyyəti və verilmiş tapşırıqla tanış etmək;
  • Manevr rəhbəri kimi manevr işinin düzgün və təhlükəsiz yerinə yetirilməsini təmin etmək;
  • Yükləmə və boşaltma işləri qurtarmamış vaqonlarla manevr edilən zaman, boşaltma-yükləmə işinə rəhbərlik edən şəxsin razılığı alınmadan hərəkət etməmək;
  • Vaqonlarla qabaqda hərəkət edən zaman qabaq vaqonda ayaqqoyanda gedərək və təhlükəli yerlərə yaxınlaşan zaman daima işarə vermək;
  • Təpə növbətçisi və ya stansiya növbətçisinin icazəsi ilə təpə tərəfdən vaqonları qoşaraq yollara basılması zamanı vaqonların altında tormoz başmaqlarının olmamasına əmin olmaqla parkın yollarında stansiya növbətçisinin icazəsi ilə hərəkət tərkiblərinin dartı yollarına çəkilməsi və bir yoldan digər yola qoyulması üzrə manevr işini görmək;
  • İMB qurğularının normal işinin pozulması zamanı stansiya və ya təpə növbətçisinin göstərişi ilə mərkəzləşdirilmiş yoldəyişənləri kurbel vasitəsilə çevirmək, hazırlanmış marşrutun düzgünlüyünü və izolə sahəsinin boş olmasını yoxlamaq;
  • Stansiyanın TSA-da göstərildiyi kimi manevr işi zamanı vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
  • Qatar heyətinin tormoz başmaqları ilə bərkidilməsini, onların təkərlərin altından götürülməsini, yoldəyişənlərin yerləşməsini, daimi işarələri, mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və yoldəyişən postların yerini və xidmət etmə qaydalarını bilməklə müvafiq işləri icra etmək.

Tələblər

  • Təhsil: Orta təhsil;
  • Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları;
  • Azərbaycan dövlət dəmiryolunun qatarların hərəkəti və manevr işinə dair təlimat;
  • Azərbaycan dövlət dəmiryolunun işarəvermə təlimatı;
  • Peşəkar ehtiyatlılıq, şifahi ifadə, diqqətlilik.

Vakansiya haqqında

Son tarix

sentyabr 23, 2024

Paylaşılıb

sentyabr 19, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat