Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Sərnişin vaqonunun bələdçisi

Sərnişin vaqonunun bələdçisi

25-06-2024

13.5K

Təsvir

Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;

Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi; 

Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; 

Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi; 

Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması; 

Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;

Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; 

Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;

Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; 

Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi; 

Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi

Tələblər

Azərbaycan Respublikası vətəndaşı olmaq;

Məsuliyyət və intizamlı olmaq;

Komanda ilə çalışmaq bacarığı;

Ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;

Diqqətlilik

Müştəri yönümlülük

Nəticəyönümlülük

Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili üstünlükdür

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

iyun 25, 2024

Vakansiya növü

Növbə əsasında

Kateqoriya

Logistika və nəqliyyat