AFB Bank
Ana səhifə
/
/
/
Biznesin inkişafı üzrə baş mütəxəssis

Biznesin inkişafı üzrə baş mütəxəssis

  • AFB Bank
  • Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466
  • Tam ştat

Bu gün

48

Təsvir

  • Korporativ kredit məhsulları üzrə mütəmadi analitik təhlillərin aparılması, bazar trendlərinin və inkişaf imkanlarının müəyyən edilməsi, məhsulların təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflərin hazırlanması;
  • Korporativ müştərilərin maliyyə davranışlarının və kredit portfelinin təhlili;
  • Kredit portfelinin effektivliyinin qiymətləndirilməsi, risklərin və potensial inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə əsas fəaliyyət göstəricilərinin (KPI) təhlili;
  • Korporativ kredit bazarı üzrə araşdırmaların aparılması, yeni tendensiyaların, imkanların və potensial risklərin müəyyən edilməsi;
  • Kredit strategiyasının formalaşdırılması və qərar qəbuletmə proseslərinin dəstəklənməsi məqsədilə rəhbərliyə analitik hesabatların və tövsiyələrin təqdim edilməsi;
  • Korporativ kredit məhsullarının strukturlaşdırılması və optimallaşdırılması üzrə təkliflərin hazırlanması.

Tələblər

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • MS Office proqramları (xüsusilə Excel) və Oracle SQL ilə sərbəst işləmək bacarığı (digər analitik proqramlarla işləmək bacarığı üstünlükdür);
  • Korporativ kreditlər və kredit risklərinin qiymətləndirilməsi sahəsində biliklər;
  • Bank sektoru və korporativ bank məhsulları üzrə məlumatlılıq;
  • Analitik düşünmə, böyük həcmli məlumat bazalarının hazırlanması, təhlili və interpretasiyası bacarığı;
  • Maliyyə hesabatlarının təhlili və kredit qabiliyyətinin qiymətləndirilməsi bacarığı;
  • Mürəkkəb məlumatları aydın, strukturlaşdırılmış və yığcam formada təqdim etmək bacarığı;
  • Kreativ və strateji yanaşma, innovativ ideyaların hazırlanması bacarığı.

Vakansiya haqqında

Son tarix

February 26, 2026

Paylaşılıb

yanvar 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər