
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Kontent menecer üzrə intern vakansiyası elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhədlikləri:
• Kontent strategiyasının hazırlanması və planlaşdırılması;
• Sosial media üçün məzmunun (vizual, video, mətn) yaradılması prosesləri;
• Brend kommunikasiya tonunun formalaşdırılması;
• Rəqəmsal kanallar üçün paylaşımların hazırlanması və təqvimləşdirilməsi;
• Sosial media analitikası və performans ölçmə üsulları;
• Daxili və xarici kommunikasiya üçün kontent təqdimatlarının hazırlanması.
• Kreativ düşüncə tərzi və kontent ideyaları yaratmaq bacarığı;
• Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili biliyi;
• Sosial media platformalarının (Instagram, LinkedIn, TikTok və s.) dinamikasını yaxşı bilmək;
• Brend tonuna uyğun yazılı və vizual kontent hazırlamağa maraq;
• Trendləri izləmək və onları yaradıcı formada tətbiq etmək bacarığı;
• Foto və video çəkiliş, qısa formatlı videoların (Reels, Shorts və s.) montajına maraq;
• CapCut, Canva, və ya iMovie kimi proqramlarda işləmək bacarığı üstünlükdür;
• Süni intellekt alətlərindən istifadə etməyə maraqlı və açıq olmaq;
• Komanda ilə işləmə və vaxtı effektiv idarəetmə bacarığı.
Əlavə məlumat
• 5 günlük iş qrafiki: 10:00 – 19:00
Son tarix
December 7, 2025
Paylaşılıb
oktyabr 28, 2025
Vakansiya növü
Təcrübə
Təcrübə
1 ilədək
Vəzifə dərəcəsi
Məzun
Təhsil
Bakalavr

İctimai Televiziya və Radio Yayımları Şirkəti ● Bakı, Azərbaycan
Dünən
280

İctimai Televiziya və Radio Yayımları Şirkəti ● Bakı, Azərbaycan
27-10-2025
448

AQA Şirkətlər Qrupu ● Bakı, Azərbaycan
23-10-2025
468

Qarabağ Universitetinin Klinikası ● Xankəndi, Azərbaycan
23-10-2025
722