Bütün qidaların hazırlanması proseslərinin emal, saxlama və hazırlama üsullarına uyğun şəkildə həyata keçirilməsini təmin etmək;
Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltılar, müxtəlif növ şorbalar, əsas xörəklər, kulinar məmulatlar, içkilər, xəmirdən hazırlanan məmulatlar və s. yeməklərin və porsiyaların hazırlanmasını təmin etmək;
Təhlükəsiz və gigiyenik iş mühiti yaratmaq məqsədilə təmizlik və sanitariya qaydalarına riayət etmək;
Mətbəxdə daim təmizliyə və nizam-intizama riayət etmək;
Qida tullantılarının minimuma endirilməsi və məhsulların səmərəli istifadəsini təmin etmək;
Qəbul edilən məhsulları düzgün şəkildə yerləşdirmək və saxlamaq;
Ehtiyatda məhsul olub-olmamasına nəzarət etmək, çatışmazlıq olduqda sifarişlər vermək.
Tələblər
Peşə və ya kulinariya məktəbindən diplomun olması üstünlük sayılır;
Aşpaz kimi minimum 2–3 illik iş təcrübəsi;
Sanitariya və gigiyena qaydalarına riayət etmək bacarığı;
Müxtəlif yemək bişirmə texnika və üsulları üzrə əsas bilik və bacarıqlar.