Agro Dairy LLC
Ana səhifə
/
/
/
Tərəzi Operatoru-Ceyrançöl Təsərrüfatı

Tərəzi Operatoru-Ceyrançöl Təsərrüfatı

09-12-2025

247

Təsvir

  • Anbar şöbəsi tərəfindən verilən müvafiq təlimat və göstərişlərin icrasını təmin etmək.
  • Təsdiqlənmiş qaydalara uyğun olaraq anbarda mövcud olan gübrə, toxum, dərman və digər məhsulların sifarişçiyə təhvil verilməsi üçün tələb olunan sənədləşmə proseslərini həyata keçirmək.
  • Sahələrdən daxil olan məhsulları daşıyan yük maşınlarını verilmiş prosedurlara əsasən tərəzidən çəkmək və yönləndirmək.
  • Yüklərin xarici görünüşünün və qablaşdırılmasının düzgünlüyünü yoxlamaq.
  • Yüklərin çəkisi, adı və digər xüsusiyyətlərinin müşayiəedici sənədlərə uyğunluğunu yoxlamaq və təsdiqləmək.
  • Yükdə aşkar olunan çatışmazlıq və ya zədələnmə hallarında akt tərtib etmək, müşayiəedici sənədləri rəsmiləşdirmək və çəkilmiş yüklərin uçotunu aparmaq.
  • Fövqəladə hallar (yanğın, zəlzələ, sel, güclü külək və s.) zamanı təxliyyə planına uyğun hərəkət etmək və təhlükəsizlik tədbirlərinə riayət etmək.
  • Mövcud tərəzi avadanlıqlarının səmərəli istifadəsinə nəzarət etmək və onların texniki tələblərə uyğun saxlanmasını təmin etmək.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq şəkildə yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Kənd təsərrüfatı üzrə minimum 1 il iş təcrübəsi;
  • Dəqiq və məsuliyyətli olmaq;
  • Komanda işində effektiv iştirak.
  • Təhlükəsizlik qaydalarına uyğunluq.
  • Kompyuter ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

December 30, 2025

Paylaşılıb

dekabr 9, 2025

Vakansiya növü

Tam ştat

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat