A

Auditor

  • Tam ştat

29-05-2025

432

Təsvir

• Məlumatların mühafizəsi üzrə audit yoxlamalarını planlaşdırmaq, həyata keçirmək və nəticələrə dair hesabatlar tərtib etmək;

• İnformasiya sistemləri və proseslərinin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğunluğunu qiymətləndirmək, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə tövsiyələr vermək;

• Sahə üzrə texniki tələblərin icrasına nəzarət tədbirlərini həyata keçirmək;

• Yeni layihə və təşəbbüsləri, habelə daxil olan sorğuları sahə üzrə texniki tələblərə uyğunluq baxımından təhlil etmək;

• Sahənin tələb və funksionallığına uyğun olaraq qayda və təlimatların hazırlanmasında iştirak etmək və audit rəyini vemək;

• Məlumatların qorunması proseslərindəki boşluqları və ya zəif cəhətləri müəyyənləşdirmək və aradan qaldırılması istiqamətində tövsiyələr təqdim etmək;

• Məlumatların mühafizəsində tətbiq olunan yenilikləri araşdırmaq, təhlil etmək və tətbiq imkanlarına dair təkliflər vermək.


Tələblər

• İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter və ya oxşar texniki sahələrdə ali təhsil;

• İT audit sahəsi üzrə 2-3 il iş təcrübəsi;

• İnformasiya sistemlərinin strukturu, arxitekturası, funksional prinsipləri və təhlükəsizlik tələbləri üzrə nəzəri və praktiki biliklər;

• Audit yoxlamalarının keçirilməsi, uyğunsuzluqların təhlili sahəsində praktiki bacarıqlar;

• İnformasiya təhlükəsizliyi və məlumatların mühafizəsi sahəsində tətbiq olunan yerli normativ-hüquqi aktlar, beynəlxalq standart və çərçivələr (ISO/IEC 27001, 27701, GDPR, NIST və s.) üzrə məlumatlılıq;

• Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması arzuolunandır;

• Azərbaycan dili və ingilis dili üzrə biliklər mütləqdir.




Şərtlər:

• İş qrafiki: 5 günlük iş rejimi;

• İş vaxtı: 09:00-18:00; 


Vakansiya haqqında

Son tarix

July 8, 2025

Paylaşılıb

may 29, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər