Aviation Services Group
Ana səhifə
/
/
/
Yük xidmətləri üzrə xəzinədar

Yük xidmətləri üzrə xəzinədar

Bu gün

134

Təsvir

Hava limanında “ASG” şirkətlər qrupunun “GHC” filialına Yük xidmətləri üzrə xəzinədar vəzifəsi üzrə işçi yığımı elan edilir.

 

Vəzifə öhdəlikləri

 

  • Nağd və posterminal ödənişlərin qəbulunu aparmaq;
  • Kassa kitablarını və müəyyən olunmuş digər hesabat formalarını düzgün doldurmaq;
  • İlkin kassa və bank sənədlərini, mədaxil və məxaric kassa sənədlərini doldurmaq;
  • Pul vəsaitlərinin və qiymətli kağızların qəbulunu aparmaq;
  • Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlamaq;
  • Gündəlik xəzinə hesabatını tərtib etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;
  • Əməliyyat gününün sonunda bütün sənədləri, balansdan-kənar nağd vəsait və qiymətləri hesablamaq;
  • Nağd vəsaitləri qayda və təlimatlara uyğun hazırlamaq, bağlamaq və təhvil vermək;
  • Xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı məlumat bazasına daxil etmək və s. 


İş şəraiti:

  • İş qrafiki növbəli: (1-ci gün gündüz növbəsi 08:00-20:00, 2-ci gün gecə növbəsi 20:00-08:00, sonradan 2 gün istirahət)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
  • Əmək haqqı: 1050 AZN
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir

Tələblər

  • Orta-ixtisas və ya ali təhsil
  • Post terminal ilə işləmək bacarığı və müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq
  • Qeyd olunan vəzifə üzrə 1 ildən az olmuyaraq iş təcrübəsi
  • Azərbaycan və Rus dillərində səlist danışıq qabiliyyəti
  • Ms Office proqramında və electron poçt ilə işləyə bilmək bacarığı
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
  • Müştərilərlə işləmək  və ünsiyyət qurmaq bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

mart 31, 2025

Paylaşılıb

fevral 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma mövcuddur