"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Etiraz və Mübahisə sorğuları bölməsi üzrə mütəxəssis

Etiraz və Mübahisə sorğuları bölməsi üzrə mütəxəssis

Bu gün

1.9K

Təsvir

“Rabitəbank” ASC Kart əməliyyatları departamentinin Etiraz və Mübahisə sorğuları bölməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri: 


  • Mastercard,Visa beynəlxalq ödəniş sistemlərinin online sistemdə bildirişlərinə nəzarət və müştərinin müvafiq qaydada məlumatlandırılması;
  • Etiraz (Chargeback) əməliyyatları üzrə prossesin aparılması;
  • Mübahisəli kart əməliyyatların və etiraz sorğularının davamlı monitorinqi və nəzarəti;
  • Uğursuz və imtina olunmuş əməliyyatlarının azaldılması üzrə onlayn platformalarda əməliyyatların gündəlik monitorinqi və məlumat mərkəzinə müştəri üzrə müvafiq məlumatların göndərilməsi;
  • Uğurlu əməliyyatların göstəricilərinin artırılması üzrə rekurent (daima təkrarlanan)/aylıq əməliyyatlarının monitorinqi və nəzarəti;
  • Şöbənin işi üzrə tələb olunan hesabatların təqdim olunması;


Tələblər

  • Ali təhsil;
  • Analitik bacarıqlar;
  • Plastik kartlar sahəsində ən azı 1 il iş təcrübəsi;
  • İngilis dili/Rus dili biliklərin olması arzuolunandır;
  • Problemləri həll etmə bacarığı;


Vakansiya haqqında

Son tarix

mart 14, 2025

Paylaşılıb

fevral 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə